Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb





Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, o, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.