Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dünya yuxutək əriyir” kitabı Gürcüstanda nəşr olundu

“Dünya yuxutək əriyir” kitabı Gürcüstanda nəşr olundu

Bakı, 22 iyun, AZƏRTAC

Tanınmış Azərbaycan şairi, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (“Key to life”) mükafatı laureatı Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” kitabı Gürcüstanda nəşr olunub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Gürcüstanın zəngin ədəbi ənənəli “Merani” nəşriyyatında işıq üzü görmüş kitaba şairin “Gecə”, “İnanmıram”, “Şair”, “Sevgi qulu”, “Ümid”, “Həyat nədir, ölüm nə?”, “Mənim yüküm”, “Bəzən qəm gələndə ağlamaq olmur” kimi 100-dən çox şeiri daxil edilib.

Şeirlərin gürcü dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi - görkəmli gürcü şairi, İlia Çavçavadze, Qalaktion Tabidze və Anna Kalandadze mükafatları laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilidir.

M.Qonaşvili “Qanadlarımı özümə saxlayıram” sərlövhəli “Ön söz”də yazır: “İnsan genetik mücrüdür - əcdadlarının bir çox xüsusiyyətləri damla-damla bu mücrüyə yığılır. Yaxşısı da, yamanı da, ilahi və insani olanı da.

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın da bir çox xüsusiyyətləri - istedad, xeyirxahlıq, öncüllük xarizması məhz əcdadlarından gəlir. Bəli, Tanrı öz lütfü ilə sevimli bəndəsinə yalnız gözəlliklər bəxş etmir, onu həm də imtahana çəkir, sınaqlardan çıxarır. Bir çox keyfiyyətlərlə mükafatlandırılan gənc xanıma, üstəlik, şairlik istedadı da verilirsə, bu sınağın əlahiddə yükü, çəkisi daha da artır və həqiqi poeziyanın yaranmasına yol açır. “Poeziya” adlı iztirab və ağrı dolu haləti, azca da olsa yüngülləşdirməyə isə qanadlar, bəli, məhz qanadlar lazımdır.

Yayı saxlayıram yerdə sizlərə,

Təkcə qanadları götürürəm mən.

Bilirəm, bu heç də igidlik deyil,

Bəs bu xəyal həyat... o nədir, görən?..

Şair onu qoruyan mələklərə də məhz bu səbəbdən - ona verilmiş əlahiddə yükü, azca da olsa, yüngülləşdirməkdən ötrü üz tutur...

Nədən tərk etdiniz məni, mələklər,

Bu ağır çağımda, bu dar günümdə?..

Göz-gözü görməyən duman içində

Məni tənha qoyub, hara getdiniz?..

Hindlilərin belə bir hikmətli kəlamı var: “Əgər sevirsənsə, iztirab çəkirsənsə, deməli, insansan”. Leyla xanımın zahiri gözəlliyini də bu fikrə əlavə etsək, gözlərimiz qarşısında ecazkar insan portretinin bədirləndiyinin şahidi olarıq. Bu portret bəzək-düzəksiz, süni rənglər, boyalar qatılmadan, öz təbii axarıyla, əsrarəngiz aləmlər dolu duyğularla yenilənməkdə, şeirdən-şeirə, misradan-misraya dəyişməkdədir. O gah Günəştək bərq vurur, gah sirlər dolu Ay nuruna bürünür, gah tovuz quşu lələklərinin əlvanlığıyla sayrışır, bəzən isə işığın başına dolanan pərvanətək çırpınır. Bütün bu baş verənlərin yaradıcısı da, qəhrəmanı da - parlaq Günəş də, işığa çırpılan kövrək pərvanə də Şairin özüdür...

Sözdü deyirsən ki, intizar üzmür..

Bir dayan, elə hey qaçan pərvanəm.

Mən axı görürəm necə tənhasan,

İşıq sevdasıyla uçan pərvanəm.

Sən gəl ayrı səmtə qanad çal indi

Onsuz da canını alov yaxacaq!

Yaşat şeir dolu duyğular bizə,

Məxmər qanadını qırma sən ancaq...

O yazır, usanmadan yazır. Sanki “uzun illər boyu vaxtı ondan oğurlayan zamanı” qabaqlamaq istəyir. Yaza-yaza, özü də bilmədən, heyrətamiz, bənzərsiz, əbədi qadın portreti yaradır. Bəzən Cənnət bağından yenicə qovulmuş kimi, bu portretin hüdudlarını da adlayır, kənara çıxır və hər hansı bir çərçivənin olmadığı ilğımvari ənginliklərdə dolaşır...

Heç nə istəmirəm, siz məni ancaq

Salmayın içinə çərçivələrin...

Rəhminiz gəlirsə, siz ey insanlar,

Sadəcə ruhuma azadlıq verin...

Məni duymağa da can atmayın heç!

İçimdə bir ayrı fırtınalar var.

Kədər yaxın gəlməz belə ürəyə,

Ruhum bir özümlə rahatlıq tapar...

Sevinclə kədərin, reallıqla təxəyyülün, sadəliklə mürəkkəbliyin, oyanışla, röyanın vəhdəti olan bu poeziyanın dərinliklərində həm də minlərlə suallar yatır. Suallar hamısı dəqiq, cavablarsa şərtidir...

Zaman hara axdı belə sürətlə?..

Qapının ağzını qış aldı yenə.

Yenə yay ruhumu soyuğa verdim,

Tutuldum darıxmaq xəstəliyinə.

Nədən yenə dondun, mənim ürəyim?

Bu daşı, bu buzu kim əridəcək?

Heç cürə qızınmaq istəmirsən sən,

Axı adətindi qışda qəm yemək.

Bu yerdə Andre Marlonun bir kəlamı yada düşür: “Əsas məsələ hər şeyin cavabını tapmaq yox, sualların tükənməməsidir”. Leyla Əliyevanın yaradıcılığı, poetik dillə desək, başdan-başa suallar yağışıdır. Onlar bitmək, tükənmək bilmir...

Təyyarələr uçur quşlar sayağı,

Belə tələsərmi heç uçan quşlar?

Yuxu da görmürəm bu aralıqda

Gözümün, könlümün yaddaşımı var?

Gözlərim tutulub, görürəm ancaq

İnsanlar can atır hey faniliyə.

Hamı gözləyir ki, nəsə olacaq,

Amma olanları görən yox... Niyə?

Apolinerin “Poeziya - hayqırtılardan süzülən duyğular selidir” fikrinə istinad etsək, şairin hamıya eyni miqdarda çatdırmaq istədiyi söz payının haradan baş aldığını, nədən qaynaqlandığını anlamış olarıq. Şair yaralı qəlbin yeganə məlhəminin mərhəmət olduğunu da yaxşı bilir...

Amma göz yaşını görür gecələr...

Bağışla, ürəyim, keç günahımdan.

Mən bir də xətrinə dəymərəm sənin,

Mən bir də getmərəm sənin yanından.

Deyirlər, vaxtım var beşcə dəqiqə.

Qaçaraq yazıram: çatarmı, görən?!

Nöqtəni qoymaq da çıxır yadımdan,

Nöqtə gərəkdirmi bu sətirlərə?

Bu dünyada təqdirəlayiq, ali olan nə varsa, heç də bir insana, yaxud ölkəyə məxsus deyil. O, şəfəqləri bütün Yer üzünü tutan Günəştək hamıya, bütün bəşəriyyətə məxsusdur. Leyla Əliyevanın şeirlərini tərcümə edib, zəngin poetik ənənəsi olan gürcü oxucusuna çatdırmaq qərarına da məhz bu səbəbdən gəldim.

Bu sözləri sənə ünvanlayıram, ey şairlər yurdunun gürcü oxucusu! Sən ki “qafiyələr çarmıxının ağrılarının” nə olduğunu yaxşı bilirsən?! Onu da yaxşı bilirsən ki, “Tanrı əli toxunan yük yüngül olar”. İstedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabını da sənə məhz bu ümidlə təqdim edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir