Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:29]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO
- 05.06.2026 [08:00]
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
- 04.06.2026 [23:35]