Düsseldorfda Eldar və Nigarın ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı səslənmişdir
Bakı, 7 may (AZƏRTAC). “Biz hər il Azərbaycanımızı “Eurovision” müsabiqəsində təmsil etməyə hazırıq. Əgər bu il qalib gəlsək belə, təklif gəlsə, bu yarışmada yenidən çıxış etməyə razı olarıq. Bu müsabiqə ətrafında o qədər hadisələr baş verir ki, insan doya bilmir”.
Bu sözləri Azərbaycanın 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Esprit Arena”da keçirilən mətbuat konfransında bildirmişlər. Sualları cavablandıran Eldar və Nigar daha sonra Avropa mediasının nümayəndələri qarşısında “Küçələrə su səpmişəm” xalq mahnısını duet şəklində ifa etmişlər. Media nümayəndələri təmsilçilərimizin çıxışını alqışlarla qarşılamışlar.
Eldar və Nigar Azərbaycanı layiqincə təmsil edəcəklərini vurğulayaraq demişlər ki, hazırkı statistika bizim xeyrimizədir. Finala çıxmağa ümid edirik və pərəstişkarlarımızın, tamaşaçıların ümidlərini doğrultmağa çalışacağıq.
Fransadan olan jurnalistin xahişi ilə Eldar Qasımov “Je t’aime” mahnısını milli seçim finalında olduğu kimi yüksək səviyyədə ifa etmişdir.
Azərbaycan təmsilçiləri konfransda eləcə də isveçli müəlliflərə məxsus olan “Running Scared” mahnısının akustik versiyasını canlı olaraq səsləndirmişlər.
Almaniya mətbuatının nümayəndəsi Azərbaycan təmsilçilərini çox sevdiyini vurğulayaraq bildirmişdir ki, “Running Scared” mahnısını bəyənməyən jurnalist tanımır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]

