Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
“Dünya faydalı qazıntı olmadan yaşaya bilməz”. Prezident İlham Əliyevin ötən gün “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi bu fikir günümüzün reallığını bir daha ortaya qoyur. Müasir texnologiyanı və infrastrukturu dəstəkləmək üçün tələb olunan enerji və xammal təminatının böyük bir hissəsi birbaşa faydalı qazıntılardan alınır. Enerji təminatına baxsaq, bu gün neft, təbii qaz və daş kömür kimi ənənəvi resurslar qlobal elektrik enerjisi istehsalının, istilik təchizatının və nəqliyyat sistemlərinin əsasını təşkil edir. Hazırda yaşıl enerjiyə keçid istiqamətində əsaslı fəaliyyət həyata keçirilsə də, bu proses olduqca uzun müddət tələb edir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.