Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər
Bakı, 2 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının Malta və San-Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, hər iki qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
İyunun 5-də Malta ilə keçiriləcək matçda baş hakim Mixali Kapralinə Balaş Buzaş və Bençe Belitsa, 3 gün sonra San-Marino ilə gerçəkləşəcək görüşdə isə Marton Ruşa Balaş Şert, Balaş Şalai kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə müvafiq olaraq, Tamaş Boqnar və Bençe Sonka yerinə yetirəcək.
Qeyd edək ki, Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [16:46]
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
- 02.06.2026 [16:26]
Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- 02.06.2026 [15:58]
“Şamaxı”nın yeni baş məşqçisi növbəti mövsüm üçün hədəfləri açıqlayıb
- 02.06.2026 [15:34]
“Araz-Naxçıvan” 10 futbolçu ilə yollarını ayırıb
- 02.06.2026 [15:20]
“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşıb
- 02.06.2026 [14:58]
“Fənərbağça”dan ayrılan baş məşqçi İtaliya klubunda
- 02.06.2026 [14:49]