EATDA və QS ali təhsil sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 25 iyun, AZƏRTAC
Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed: Europe 2026” sammiti çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə beynəlxalq reytinq agentliyi olan QS (“Quacquarelli Symonds”) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sənədi EATDA-nın direktoru Ülkər Səttarova və QS-in baş vitse-prezidenti Ben Sauter imzalayıblar. Memorandum tərəflər arasında növbəti illər üzrə əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirir və ali təhsil sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlığın əsas istiqamətlərindən biri “QS Future Skills” (“QS Gələcək Bacarıqlar”) layihəsinin icrasıdır. Layihə çərçivəsində Azərbaycan universitetlərinin tələbə və məzunları üçün fərdi karyera trayektoriyalarının hazırlanması, təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması, gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi, eləcə də yeni ixtisas istiqamətlərinin proqnozlaşdırılması planlaşdırılır.
Anlaşma memorandumunun ali təhsil müəssisələrinin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılmasına, əmək bazarının tələblərinə cavab verən insan kapitalının hazırlanmasına və universitetlərin qlobal təhsil məkanına inteqrasiyasının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb
- 07.08.2026 [10:38]