Əcnəbi vətəndaşın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 6 mart, AZƏRTAC
Binəqədi rayonunda fevralın 29-da əcnəbi vətəndaşa məxsus 300 manat, 1550 lirə, 280 lari pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş A.Əlimərdanovun ətrafında elə həmin polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dörd avtomobildən pul oğurlaması da müəyyənləşdirilib.