Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub YENİLƏNİB

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda yubiley tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, ali təhsil ocaqlarının, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əməkdaşları və media mənsubları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış keçiriblər.

Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri var və dövrünün tanınmış simalarından olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq elminin möhkəm bünövrəsi yaradılıb. O, həmçinin bildirib ki, orta əsrlərin ədəbiyyat təzkirələri özünün forma və məzmununa görə dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat tarixi materialları rolunu oynayıb.

“Bununla belə, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq Mirzə Fətəli Axundzadə ilə başlayıb. Mirzə Fətəli təkcə Azərbaycan dramaturgiyasının və bədii nəsrin deyil, həm də professional ədəbiyyatşünaslığın da banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində yaranıb. Görkəmli ədəbiyyatşünas və böyük ictimai xadim Firudin bəy Köçərlinin bu dövrdə yazdığı məşhur “Azərbaycan ədəbiyyatı tarixi materiallları” adlı çoxcildlik əsəri Azərbaycanda professional ədəbiyyatşünaslığın ən mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Sovet hakimiyyətinin ilk illərində, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Azərbaycanda elmin digər sahələri kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də ilkin təşkilatlanma işinin başlanmasına start verildiyini deyən AMEA rəhbəri 1929-cu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Elmi-Tədqiqat İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq üzrə ayrıca bir istiqamətin olduğunu vurğulayıb. Bildirib ki, 22 mart 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində Ədəbiyyat sektoru təşkil edilib. Dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə gələcək Ədəbiyyat İnstitutunun əsası qoyulub, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat İnstitutu təşkil olunub.

Sovet hakimiyyəti illərində Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq sahəsində bir sıra mühüm elmi nəticələrin əldə olunduğunu deyən AMEA prezidenti 1957-1960-cı illərdə institutda çapa hazırlanan 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində ən mötəbər elmi mənbə kimi qəbul edildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, XX əsrin 50-80-ci illərində Ədəbiyyat İnstitutunda görkəmli elm xadimləri akademiklər Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər yaradılıb və həmin elmi məktəblərdən bir çoxu bu günə qədər öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir.

Müstəqillik dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlayıb.

AMEA rəhbəri Azərbaycan ədəbiyyatının daha geniş və sistemli şəkildə, azərbaycançılıq idealları və milli-mənəvi dəyərlər əsasında araşdırılıb öyrənilməsini təmin etmək məqsədilə 2013-cü ildən sonra Ədəbiyyat İnstitutunda zəruri struktur islahatlarının aparıldığını, Nizamişünaslıq, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və digər şöbələrin, Füzulişünaslıq sektorunun yaradıldığını söyləyib.

“Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası Ədəbiyyat İnstitutunda müəyyənləşdirilib, Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin və Rəyasət Heyətinin iclaslarında, Beynəlxalq Türk Akademiyasında və Tatarıstan Elmlər Akademiyasında keçirilmiş beynəlxalq elmi konfranslarda geniş müzakirə edildikdən sonra qəbul olunub. 2014-2016-cı illərdə keçirilmiş geniş müzakirələrdən sonra Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının ən qədim zamanlardan başlayaraq bu günə qədər davam etməkdə olan çoxəsrlik inkişaf yolunun mərhələsinin elmi təsnifatı yaradılıb. Hazırda institutda artıq 7 cildi nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi məhz son illərdə hazırlanmış dövrləşdirmə konsepsiyası və elmi cəhətdən müəyyən edilmiş inkişaf mərhələləri əsasında təqdim olunur. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəzəri cəhətdən formalaşdırılıb və elmi dövriyyəyə daxil edilib”, - deyə akademik İsa Həbibbəyli bildirib.

O, həmçinin Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin yaradıldığını, müəssisədə fəaliyyət göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi və hazırda işləri aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin səmərəli fəaliyyəti nəticəsində Türk dünyası haqqında sanballı elmi tədqiqatların meydana qoyulduğunu söyləyib.

Bundan əlavə, institutda yeni nəsil kadrların hazırlanması işinə xüsusi diqqət yetirildiyini, hazırda Ədəbiyyat İnstitutunun elmlər doktorlarının kəmiyyət və keyfiyyət göstəricilərinə görə Milli Elmlər Akademiyasında, geniş mənada ölkəmizin elm və ali təhsil sistemində ilk yerlərdə dayandığını bildirib.

Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun ölkə ilə yanaşı, beynəlxalq aləmdə də bir sıra ədəbiyyatşünaslıq layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini, bu yaxınlarda Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin ortaq elmi layihəsi olan “Nizami Gəncəvi və Şota Rustaveli” adlı monoqrafik tədqiqatın Kembric Universiteti tərəfindən ingilis dilində kitab halında nəşr edilməsinin bunun əyani isbatı olduğunu deyib.

AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır və bu münasibətlə institutun kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.

Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar böyük tarixi yol keçmiş Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynadığını, institutun ədəbiyyatımızın çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi, çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına, ədəbi əlaqələrə dair aktual məsələlərin müntəzəm izlənilməsi və araşdırılması kimi vacib istiqamətlərdə son dərəcə əhəmiyyətli nəticələr əldə etdiyini bildirib.

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev isə Ədəbiyyat İnstitutunun böyük tədqiqat ənənələri, görkəmli alimləri və çoxsaylı yetirmələri ilə Türk dünyasının mühüm elm mərkəzlərindən biri hesab olunduğunu deyib. Bildirib ki, institut ötən 90 ildə Azərbaycanda ədəbiyyatşünaslığın mərkəzi funksiyasını yerinə yetirir və Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərməkdədir.

Daha sonra Baş katib Sultan Raev dahi Azərbaycan şairi Nizami Gəncəvinin portretini və TÜRKSOY-un “Şərəf” nişanını akademik İsa Həbibbəyliyə təqdim edib.

Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını daha da canlandırır, Türk dünyasında elmin, innovasiyanın və yeni kəşflərin təməli “Özbəkistan-Azərbaycan – 2030” strategiyası çərçivəsində elmi və innovativ fəaliyyətə dəstək verir.

Tədbirdə, o cümlədən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova çıxışları zamanı Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və qarşıda duran vəzifələrdən söz açıb, müəssisənin kollektivini təbrik ediblər.

Sonda yubileylə əlaqədar Ədəbiyyat İnstitutunun əməkdaşları müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO