ƏDLİYYƏ NAZİRLİYİNDƏ AŞPA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 18-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, respublikamızda aparılan hərtərəfli islahatların uğurlarını qeyd edən nazir dövlətimizin qarşıdan gələn prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsini vurğulamış, bununla bağlı ədliyyə orqanlarının və məhkəmələrin üzərinə düşən vəzifələrdən, habelə penitensiar müəssisələrdə seçkilərin mükəmməl təşkili üzrə görülən tədbirlərdən danışmışdır.
Avropa Şurası ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən Andres Herkel müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirmiş, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd etmişdir.
Qonaqlar, həmçinin bir sıra digər məsələlərə toxunaraq ölkə Prezidenti İlham Əliyevin ötən ay imzaladığı əfv fərmanını yüksək qiymətləndirmiş, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsi, ədliyyə orqanlarının inkişafı və sair aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparmışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]