ƏDLİYYƏ ORQANLARINA İŞƏ QƏBUL ÜZRƏ MÜSABİQƏ SENTYABRIN 27-DƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyası müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə sentyabrın 27-də saat 10-da Bakı Dövlət Universitetinin yeni tədris binasında keçiriləcəkdir.
Ədliyyə Nazirliyindən bildirmişlər ki, prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni sentyabr ayının 25-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 9-dan axşam saat 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) götürməlidirlər.
İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaqdır.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlarla əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]