ƏFQANISTANDA İRAN MİFOLOGİYASI PERSONAJLARININ TƏSVİR OLUNDUĞU FRESKALAR TAPILMIŞDIR
Buruqvarı Şərq ornamenti ilə işlənmiş rəsmlər buddizm texnikasında icra edilmişdir. Belə şəkilçəkmə texnikası eramızın I-VI əsrlərində Pakistanın şimal-qərbindəki Qəndar vilayətində və Əfqanıstanın şərqində geniş yayılmışdı.
Yaponiya Mədəni Sərvətlər Milli Elmi Tədqiqat İnstitutunun alimləri və arxeoloqları BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının (YUNESKO) məşhur İpək Yolunun əsas mərkəzlərindən biri Bamiyanın tarixi və mədəni abidələrinin mühafizəsi layihəsində fəal iştirak edirlər.
Mağarada Buddanın 2,5 metr hündürlüyündə pəncəsinin bir hissəsi və bir sıra nadir mağara freskaları da tapılmışdır.