İDMAN
Əfran İsmayılov: “Neftçi”nin “Qarabağ”a qarşı qeyri-adi nəsə edəcəyini düşünmürəm
![Əfran İsmayılov: “Neftçi”nin “Qarabağ”a qarşı qeyri-adi nəsə edəcəyini düşünmürəm](/files/2023/3/1200x630/17028963323162412458_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
“Bu cür matçlar hər zaman gərgin keçir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov Premyer Liqanın XVII turunda bu gün keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu barədə danışarkən deyib.
Veteran futbolçu matçda Ağdam təmsilçisinin “ağ-qaralar”a qarşı böyük üstünlüklə mübarizə aparacağını bildirib: “Qarabağ” heyət və sərgilədiyi oyun baxımından “Neftçi”dən üstündür. Ölkə çempionatındakı hər bir komanda “köhlən atlar”a qarşı oyunlara çox ciddi hazırlaşır. Düzdür, derbi matçlarında fərqli ssenarilər izləyirik. Ancaq mənə görə Qurban Qurbanovun komandası öndədir”.
Ə. İsmayılov “Neftçi”nin bu oyunda rəqibinə ciddi müqavimət göstərə bilməyəcəyini söyləyib: “Açığı, bu cür mübarizə ilə “Neftçi”nin “Qarabağ”a qarşı qeyri-adi nəsə edəcəyini düşünmürəm. Ola bilər ki, fərdi olaraq Emin Mahmudov və ya digər oyunçular özlərini standart vəziyyətlərdə göstərə bilsinlər”.