Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏHALİNİN SOSİAL MÜDAFİƏYƏ DAHA ÇOX EHTİYACI OLAN TƏBƏQƏSİNƏ DÖVLƏT BAŞÇISINDAN BAYRAM TÖHFƏSİ

Bakı, 30 dekabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərman imzalamışdır. Sənədə əsasən, istehlak edilmiş təbii qaza görə əhalinin 2009-cu il oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmişdir.

Fərmanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinə bayram töhfəsi hesab etmək olar.

Bu addımın məhz indi atılması da təsadüfi deyildir. Fərmanda deyildiyi kimi, son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilmişdir.

Başlıca amil isə, əlbəttə, xalqının sosial rifahının yüksəldilməsini qarşısına məqsəd qoymuş dövlətimizin başçısının siyasi iradəsidir. Vaxtilə hər bir azərbaycanlının prezidenti olacağını vəd etmiş İlham Əliyev Prezident seçiləndən - 2003-cü ildən bəri yeritdiyi siyasətlə bu vədinə sadiq qaldığını sübut etmişdir.

Doğrudur, ölkəmizdə son illər qaz hasilatında böyük uğurlar qazanılmışdır. Belə ki, 2000-2006-cı illərdə 25,8 milyard kubmetr idxal qazı qəbul edən Azərbaycan indi Avropaya mavi yanacaq ixrac edir. Bu, ulu öndər Heydər Əliyevin ölkənin yanacaq-enerji kompleksinin inkişafı istiqamətində yaratdığı etibarlı strategiyanın uğurlu davamı nəticəsində mümkün olmuşdur. Ötən beş ildə əhalinin qazla təminatının təkmilləşməsində 2004-2008-ci illəri əhatə edən regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 2005-2015-ci illər üçün yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı müstəsna rol oynamışdır. 2003-cü ildən başlayaraq ölkədə təbii qaz hasilatının kəskin şəkildə artması 2007-ci ildə Azərbaycanın idxal qazından imtina etməsi və tələbatın yerli ehtiyat hesabına ödənilməsi ilə nəticələnmişdir.

Təbii qaz hasilatının artımı və təzyiqlərin güclənməsi qaznəqletmə infrastrukturunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoymuş, 2004-2008-ci illərdə “Azəri-Çıraq-Günəşli “ və “Şahdəniz” yataqlarından hasil edilən təbii qazın ölkənin nəqletmə sisteminə qəbulu üçün uzunluğu 103,4 kilometr olan 5 qaz kəməri çəkilmişdir. Yeraltı qaz anbarları əsaslı təmir edilmiş, yenidən qurulmuş, onların tutumu artırılmışdır. Yeri gəlmişkən, əvvəllər iki dəfə baha başa gələn mazutun qazla əvəz edilməsi elektrik stansiyalarının rentabelliyini xeyli artırmışdır.

Ötən beş ildə regionların qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə görülən işlər Prezident İlham Əliyevin imzaladığı 10 fərman və sərəncamla tənzimlənmişdir. Həmin sənədlərdə respublikanın bütün bölgələrinin mavi yanacaqla təmin olunmasının vacibliyi əksini tapmışdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası 2005-ci ildə 14 illik fasilədən sonra mavi yanacaqla təmin olunmuşdur. Hətta sovet dövründə belə qaz xətləri çəkilməsi mümkün olmayan Lerik və Yardımlı kimi yüksək dağ rayonlarının əhalisi 2006-cı ildən başlayaraq, mavi yanacaqdan istifadə edir. On üç illik fasilədən sonra Naxçıvan MR-in qazla təmin olunmuşdur. Dövlətimizin başçısının imzaladığı sənədlərin icrasının davamı olaraq İmişli, cəbhəyanı bölgədə yerləşən Ağcabədi və Beyləqan rayonlarının əhalisi də iki ilə yaxındır ki, təbii qazın istisinə qızınırlar. Cəbhəyanı regionlarda görülən tədbirlər bununla məhdudlaşmamış, Prezidentin tapşırığı ilə “Azəriqaz” İB 2008 -ci ilin oktyabrında ərazilərinin bir hissəsi işğal altında olan Füzuli və Ağdam rayonlarına yeni qaz xəttinin çəkilişini başa çatdırmışdır. Bu rayonlara qaz verilməsini bildirən məşəli də dövlətimizin başçısı özü alovlandırmışdır. Növbəti illərdə qarşıda duran əsas məqsədlərdən biri ölkənin bütün yaşayış məntəqələrini mavi yanacaqla təmin etməkdən ibarətdir. Bunun üçün tədbirlər ardıcıllıqla davam etdirilir.

Ölkədə qaz hasilatının artmasının builki qış mövsümündə əhalinin qaz təminatının yaxşılaşdırılmasına da müsbət təsiri olacaqdır. ARDNŞ-in rəsmi açıqlamasına görə, son günlər havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının ödənilməsi məqsədi ilə “Azəriqaz” İB tərəfindən nəql olunan qazın həcmi artırılmış, əhaliyə verilən qazın həcmi 9 milyon kubmetrə çatdırılmışdır. ARDNŞ-dən onu da bildirmişlər ki, tələbat yaranacağı təqdirdə qazın həcmi daha da artırıla bilər. Anbarlarda da kifayət qədər qaz ehtiyatı olduğundan əhalinin təminatında hər hansı çətinliklərin ortaya çıxması gözlənilmir.

Əhalinin qaz təminatının yaxşılaşdırılması ilə bağlı bu ilin sentyabr-oktyabr aylarında respublikanın 9 yaşayış məntəqəsində 1500-dən artıq abonent təbii qazla təmin olunmuşdur. Bu günlərdə uzun illərdən bəri qaz təminatı olmayan İsmayıllı rayonunun Qalıncaq, Qəbələnin Zalan, Tovuzun Yanıxlı kəndlərinə qaz xətləri çəkilmişdir. Kənd və qəsəbələrə qaz çəkilməsi prosesi davam edir.

Azərbaycanımız qüdrətlənmiş, qaz idxalçısından ixracatçıya çevrilmişdir. Lakin bu qüdrəti, bolluğu xalqın rifahına yönəltmək üçün siyasi iradə lazımdır.

Azərbaycanı iqtisadi cəhətdən regionda lider dövlətə çevirmiş, dünyada söz sahibi etmiş, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün səyini əsirgəməyən Prezidentimizdə bu iradə vardır. Məhz bu iradə sayəsində ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir. Sosial problemlərin həlli ilə bağlı müxtəlif dövlət proqramları hazırlanıb reallaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi inkişaf nəticəsində vətəndaşlarımızın rifah halının yüksəldilməsinə xidmət edən sosial siyasət daha geniş vüsət almaqdadır. Bu gün ölkəmizdə yoxsulluğun azaldılması məqsədilə ünvanlı sosial yardım sistemi yaradılmışdır. Hazırda ölkəmizdə 163 min 409 ailə ünvanlı sosial yardım alır. Yardım alanların 43 faizi çoxuşaqlı ailələrdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 280 minə yaxın vətəndaşa hər ay sosial müavinət ödənilir. Son beş ildə əlillərin tibbi sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ölkənin bütün bölgələrində əlil və şəhid ailələri üçün evlər tikilib istifadəyə verilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramına uyğun olaraq, bölgələrdə əlillərin regional bərpa mərkəzləri yaradılmışdır. 2006-2015-ci illəri əhatə edən “Məşğulluq Strategiyası”nın müəyyənləşdirilməsi və 2007-ci ildə bu strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı təsdiq edilməsindən sonra ölkədə işsizliyin tam aradan qaldırılmasında və əhalinin layiqli iş yerləri ilə təminatında mühüm işlər görülmüşdür və bu siyasət uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır. Birinci Dövlət Proqramı ilə əlaqədar həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmış, əhalinin gəlirləri 4 dəfə artmışdır.

Proqramın qəbulundan sonra dövlətimizin başçısı regionların inkişafı ilə bağlı 17 sərəncam imzalamış, 127 dəfə regionlara, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edərək proqramın icrası vəziyyəti ilə şəxsən maraqlanmış, 500-ə qədər istehsal müəssisəsinin, sosial obyektin təməlqoyma, açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Yeni Dövlət Proqramı iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Burada nəzərdə tutulan layihələrin əsasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir. Qeyri-neft sektoru 2009-2013-cü illərdə iqtisadiyyatın lokomotivinə çevriləcəkdir. Ümumiyyətlə, yeni Dövlət Proqramının əsas hədəfi qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Dövlət Proqramı çərçivəsində bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığının təmin edilməsi, ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasının başa çatdırılması, rayonlarda iqtisadi fəallığı artırmaq üçün kompleks islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Regionların inkişafı ilə bağlı kompleks tədbirlər nəqliyyat infrastrukturu sisteminin dinamik inkişafını da təmin edəcək və əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlı iqtisadi artıma imkan yaradacaqdır. Ən ucqar kəndlərin də infrastruktur təminatı yaxşılaşdırılacaqdır. İnfrastruktur layihələri sırasında elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə bölmələrinin yenidən qurulması və əhalinin bu kommunal xidmət növləri ilə fasiləsiz və ən yüksək səviyyədə təmin olunması nəzərdə tutulur. Ölkədə elektrik enerjisi istehsalının artırılması məqsədi ilə yeni elektrik stansiyalarının tikintisi, magistral qaz kəmərlərinin yenidən qurulması və inşası, regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması başlıca məsələlər sırasındadır.

2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaqdır. Yəni hər kəndin özünün spesifik xüsusiyyətindən asılı olaraq həmin yaşayış məntəqəsinin, hər bir kəndin təklifləri əsasında ayrıca texniki-iqtisadi layihəsi hazırlanacaqdır. Yeni Dövlət Proqramı respublikanın bütün yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılmasına və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə səbəb olacaqdır. Artıq bu istiqamətdə aparılan davamlı tədbirlər həlledici mərhələyə qədəm qoymuşdur. Dövlət investisiya xərcləri və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına bir sıra layihələr reallaşmaqdadır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə, ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilməkdədir. Eləcə də Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatının 2 dəfə yaxşılaşmasına səbəb olacaqdır. Qeyd olunan infrastruktur obyektlərinin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır. 2009-2013-cü illərdə sosial məsələlərə diqqət daha da gücləndiriləcək, sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaqdır. Əhalinin sosial müdafiəsi sahəsində görüləcək işlər aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı olacaqdır. Sosial müavinətlərin ünvanlılığının təmin edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi gücləndiriləcəkdir. Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir. Davamlı xarakter daşıyacaq bu tədbirlər çərçivəsində bütün regionlarda əlillər və şəhid ailələri üçün yaşayış binalarının və bərpa mərkəzlərinin inşa edilməsi, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi, xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması, əhalinin sağlamlığının və reproduktiv sağlamlığının yaxşılaşdırılması, həmçinin, digər tədbirlər nəzərdə tutulur.

Yeni Dövlət Proqramı ilə bərabər, Dövlət büdcəsi də sosialyönümlüdür. Gələn ilin büdcə zərfində xərclərin strukturuna diqqət yetirsək, burada sosial müdafiə, təhsil və hərbi xərclərin böyük üstünlük təşkil etdiyini görmək olar. Büdcə zərfində xərclərin strukturunda sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faizə çatdırılmışdır. 2010-cu ilin büdcə xərclərində sosial müdafiə və müdafiə qüvvələri üçün ümumilikdə 2 milyard 325 milyon manatdan çox vəsait nəzərdə tutulmuşdur ki, bu da kifayət qədər böyük məbləğdir. Sosial müdafiə və sosial təminat xərcləri ümumi büdcə vəsaitlərinin təxminən 21 faizini təşkil edir ki, bu da 2 milyard 368 milyon manatdan çox maliyyə vəsaiti deməkdir.

Qeyd edək ki, neft və qazla zəngin ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir. Azərbaycanda bunun tam əksi baş verir. Dövlətin apardığı siyasət göstərir ki, maliyyə imkanlarımızdan səmərəli istifadə edilir, əldə olunan gəlirlər təhsil, səhiyyə, digər sahələrə qoyulur. Ölkədə neftdən əldə olunan gəlirlər ədalətli bölünür, bu sahədə şəffaflıq tam təmin olunur.

Son illər Azərbaycan tam şəkildə özünü təmin edən ölkəyə çevrilmişdir. Artıq kreditlərin verilməsi üçün digər ölkələrdən bizə təkliflər gəlir. Energetika sahəsində genişmiqyaslı işlər görülmüş, 9 elektrik stansiyasının 7-i regionlarda tikilmişdir.

Bəli, Azərbaycanımız qüdrətlənir və qüdrət artdıqca xalqın rifah halı yüksəlir, dövlət daha səxavətli olur. Azərbaycan Prezidentinin 2009-cu il 29 dekabr tarixli Fərmanı buna əyani sübutdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq