ƏHMƏD ƏLƏSGƏROV VƏ NİKOLAY BOQDANOV AFFA-DA OLMUŞLAR
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycan futbolunun tarixində dərin iz buraxmış, “Neftçi”nin və Azərbaycan yığmasının sabiq baş məşqçisi Əhməd Ələsgərov və Sovet İttifaqı dövründə “Neftçi”nin şərəfini qorumuş Nikolay Boqdanov Bakıda keçirilən ikinci beynəlxalq futzal turnirinin bağlanış mərasimində iştirak etmək məqsədi ilə Bakıya gəlmişlər.
AFFA-nın inzibati binasında qurumun baş katibi Elxan Məmmədov hər iki veteran futbolçu ilə görüşmüşdür.
AFFA-dan bildirmişlər ki, veteranlar göstərilən diqqətə görə assosiasiya rəhbərliyinə minnətdarlığını bildirmişdir. Görüşdə Azərbaycan futbolunun tarixi barədə danışılmış, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Daha sonra veteranlar AFFA tərəfindən inşa edilmiş Futbol akademiyasının binası ilə tanış olmuş, burada qısa müddət ərzində gənc futbolçuların yetişdirilməsi üçün yüksək şərait oldugunu vurğulamışlar.
Ə.Ələsgərov və N.Boqdanov gələcəkdə Futbol akademiyasına gələrək burada təhsil alan uşaqlara dəyərli məsləhətlər verəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]