Azərbaycan Dövlət İnformasiya Agentliyi

EHTİYATLI OLUN: EHARD ŞTRATENŞULTE!

Berlin, 17 iyun (AZƏRTAC). 1964-cü ildə soyuq müharibənin ən qızğın çağında Qərbi Berlində ictimai-siyasi mövzularda müxtəlif konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək məqsədi ilə Berlin Avropa Akademiyası yaradıldı. Avropada yüzlərlə müxtəlif akademiya, institut, analitik və tədqiqat mərkəzlərinin və s. fəaliyyət göstərdiyini, açılıb-bağlandığını, özünü tanıtdığını və çox vaxt biryolluq bağlanıb unudulduğunu nəzərə alsaq, bu, bir növ adi hadisə idi. Yeni akademiyanın bəyan etdiyi məqsədlər də, ilk baxışda, kifayət qədər ziyansız təsir bağışlayırdı: əhalini Avropa inteqrasiyası, müasir daxili və xarici siyasət məsələləri ilə bağlı məlumatlandırmaq.

Akademiya barədə informasiya ilə ətraflı tanışlıqdan sonra onun indiki vaxtda heç də pis təchiz edilmədiyini görürsən: burada bir neçə auditoriya, televizorlar, telefonlar, mini barlar, hətta reklama inansaq, ayrıca sanitariya qovşaqları ilə təchiz edilmiş 50 qonaq otağı vardır. Üstəlik, akademiya Avropa Akademiyaları Assosiasiyasına və Avropa Təhsil və Treninq Şəbəkəsinə daxil olmuşdur. Səmərəli fəaliyyət üçün daha nə lazımdır - işlə ləzzət al, zirvələr fəth elə! Yoruldun - qonaq otaqlarından birində istirahət et, televizoru aç, mini bardan faydalan.

1993-cü ildə akademiyanın rəhbəri professor Ehard Ştratenşulte adlı birisi oldu. O vaxtlar heç kimə tanış olmayan, heç bir ad qazanmamış və ona görə də piara çox ehtiyacı olan bir adam. Ona görə də yeni vəzifədə fəaliyyətinin elə ilk illərində cənab Ştratenşultenin özünüreklam yolları axtarışında uzaqlaşmaqda olan şöhrət qatarına çatmaq və hansı yollasa diqqəti özünə cəlb etmək qərarına gəlməsi heç də təəccüblü deyildir. O, bunu kifayət qədər orijinal şəkildə etdi, sadəcə, o vaxtlar qızışmaqda olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində açıq-aşkar separatçı mövqe tutdu. Onun setsessionistlərə rəğbəti müxtəlif gizli siyasi yığıncaqlarda özünü “DQR-in Almaniyada daimi nümayəndəsi” kimi təqdim etməyi xoşlayan keçmiş tələbəsi Qayane Apinyan ilə yaxınlaşmasından sonra son həddə çatdı.

O vaxtdan xoşbəxtlik burulğanına düşmüş E.Ştratenşulte daha da “dirçəlmiş” və belə bir fikir yürütməyə başlamışdır ki, guya, Dağlıq Qarabağ biryolluq Azərbaycandan ayrılmışdır və qəti surətdə “öz dövlətçiliyinə” nail olmuşdur. O, Berlində “Dağlıq Qarabağ bürosu” açan Q.Apinyan ilə birlikdə, dəfələrlə yeganə məqsəd Dağlıq Qarabağdakı erməni separatizminin barmağından sorulmuş piar və Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəldilmiş birgə tədbirlər keçirmişdir. Həqiqətdə isə həmin saxta “büro” Almaniyada fəaliyyət göstərən minlərlə qurumdan biri olub, adi cəmiyyət, qeyri-hökumət təşkilatından başqa bir şey deyildir. Lakin buna baxmayaraq...

Demək olmaz ki, həmin akademiya ilə konstruktiv əməkdaşlıq yaratmaq üçün Azərbaycan səfirliyi və diasporu tərəfindən addımlar atılmamışdır. Ştratenşulteyə müxtəlif səviyyələrdə, hətta hökumət səviyyəsində dəfələrlə cürbəcür layihələr təklif edilmişdir. Lakin ilk baxışda əla təsir bağışlayan ideya və təşəbbüslər hər dəfə nəticəsiz qalırdı, çünki qəsdən edilən sakit sabotajla üzləşirdi. Məsələn, Azərbaycanın hökumət qurumları ilə müştərək layihələrdən biri həyata keçirilərkən E.Ştratenşulte qəflətən qeybə çəkildi və ertəsi gün nümayişkaranə şəkildə Dağlıq Qarabağda peyda oldu! Şübhə yoxdur ki, belə ədəbsiz hərəkət əvvəlcədən planlaşdırılmış və düşünülmüşdü. Pərdə arxasında kimin iştirak etdiyindən və onun kim tərəfindən öyrədildiyindən şübhələnmək üçün kifayət qədər əsas vardır.

Cənab Ştratenşulte 2008-ci il iyunun 5-də Q.Apinyan ilə birlikdə “Cənubi Qafqazın inkişafında Qarabağın rolu” adlı tədbir təşkil etdi və hətta Xankəndidən dəvət olunmuş qonağa “Hörmətli parlament sədri” sözləri ilə müraciət etməkdən çəkinmədi. Tədbirdən bir qədər əvvəl Azərbaycanın AFR-dəki səfirliyi təşkilatçıya Dağlıq Qarabağın bərabərhüquqlu Azərbaycan icmasının nümayəndələrini də ədalət naminə dəvət etməyi təklif etmişdi. Lakin o, müxtəlif bəhanələrlə bundan imtina etdi. Bu addımın madam Apinyanın təsiri altında atıldığını, yoxsa ürəyi yuxa professorun artıq qıcqırmış miatsumofil kimi formalaşdığını indi müəyyən etmək çətindir. Lakin həmin təklifi qəbul etdiyi təqdirdə, onun həmin aylı gecədə rəfiqəsi tərəfindən nə kimi qadağalarla rastlaşacağını başa düşmək heç də çətin deyildir.

Hər halda tədbirin təşkilatçısı separatçılara olan rəğbətini bu dəfə açıq-aydın göstərdi. Hazırda onun başçılıq etdiyi təşkilatın blankını akademiyanın adı ilə yanaşı, rəsmi tərəfdaşı olan həmin o saxta “Dağlıq Qarabağın AFR bürosu”nun adı və loqotipu bəzəyir. Üstəlik, akademiyanın 2008-ci il 11 iyun tarixli press-relizində Dağlıq Qarabağ erməni “ekslavı” adlandırılmışdır ki, bu da həmin vilayətin de-yure Ermənistana aid olduğunu nəzərdə tutur. Həm də ağızdolusu bildirilirdi ki, kənardan “güclü təzyiqə” baxmayaraq, hər halda simpoziumu keçirmək mümkün oldu. Heç şübhəsiz, sənədi tərtib edənlər “təzyiq” sözü altında Azərbaycan səfirliyinin Dağlıq Qarabağın hər iki icmasının nümayəndələrini konfransa dəvət etmək təklifi olan məktubunu, Ştratenşultenin rədd cavabından sonra mənasız, tamamilə qərəzli təşkil edilmiş, qeyri-obtyektivliyi və yalnız erməni tərəfinə açıq rəğbəti ilə özünü ifşa etmiş saxta akademik yığıncağın qarşısının alınması üçün səfirlik tərəfindən ciddi tədbirlərin görülməsini nəzərdə tuturlar. Qeyd etmək lazımdır ki, Azərbaycan səfirliyinin və diasporunun birgə səyləri ilə tədbirin əvvəlcədən planlaşdırılmış binada keçirilməsinin qarşısını almaq mümkün oldu. Lakin sponsorları qarşısındakı öhdəliklərinin pozulması təhlükəsi ilə üzləşmiş Stratenşulte son məqamda başçılıq etdiyi akademiyanın auditoriyasını öz favoritinin ixtiyarına verdi.

Belə bir fakt da diqqəti cəlb edir ki, həmin konfransın təşkilində akademiyanın rəsmi tərəfdaşının - fırıldaqçı Apinyan “bürosunun” adı press-relizdə qəsdən çəkilmir. Bu, təsadüfən edilməmişdir və baş tutmuş konfransa obyektiv don geydirmək məqsədi daşıyır. Özlərini “DQR-in AFR-da daimi nümayəndələri” adlandıran insanlarla əməkdaşlıqdan hansı obyektivliyin meydana gələcəyini isə başa düşmək çətin deyildir. Bitərəf adam imici yaratmağa çalışan Ştratenşulte press-relizdə bildirir ki, görüşə müstəqil alman ekspertləri də dəvət edilmişdi, lakin qəsdən onların adını açıqlamır. Ancaq həmin gün “müstəqil” ekspertlər sırasında öz daşnakpərəst baxışları ilə daşnakların özlərini də xeyli geridə qoymuş və onilliklər boyu ən təcavüzkar əhval-ruhiyyəli ermənilərin xidmətində olmuş professor Luxterhand da vardı. Yeri gəlmişkən, Almaniyanın elmi dairələrində Luxterhandı ciddi qəbul edənlər yox dərəcəsindədir. Hər halda, herr Ştratenşultenin tədbir iştirakçılarının siyahısını kimin incə pıçıltısı altında tutduğuna heç bir şübhə yoxdur.

Nəhayət, belə bir sual ortaya çıxır, əgər, E.Ştratenşulte separatçıların taleyinə belə acıyırsa, nə üçün indiyədək abxazların, Sxinvali rayonunda yaşayan osetinlərin, çeçen mühacirlərinin, baskların, yaxud Dnestryanı bölgə sakinlərinin iştirakı ilə heç bir tədbir təşkil etməyib? Onun aludə olduğu məsələ, yalnız erməni separatizmi sahəsində “ixtisaslaşması” həddən artıq şübhəli görünmürmü? Ritorik sualdır.

Dağlıq Qarabağa həsr olunmuş bütün sonrakı tədbirlərdə də cənab Ştratenşulteni mütləq rəfiqəsi müşayiət edirdi. Lakin başqa bir məsələ narahatlıq doğurur. Son vaxtlar akademiyanın rəhbəri Azərbaycan nümayəndələri - jurnalistlər, politoloqlar, yerli QHT rəhbərləri və hətta dövlət məmurları ilə əlaqə yaratmaq üçün davamlı cəhdlər göstərir. Necə deyərlər, ölkəmizə “pəncərə açmağa” çalışır.

İlk baxışda, sanki burada pis heç nə yoxdur, lakin bütün təhlükə də elə bundadır, çünki səhih mənbələrdən bizə məlumdur ki, onun niyyətləri tamamilə başqadır. Məsələ bundadır ki, o məşum konfransdan sonra “azadlıqsevər artsaxlıların” alman dostunun nüfuzuna ciddi xələl dəymişdir və onun “obyektiv” broker imici, əslində, puç olmuş, onu və onun akademiyasını tamamilə unutmuşlar. Lakin son vaxtlar , xüsusən, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən tarixi “Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və demokratiyanın möhkəmləndirilməsi” qətnaməsinin AFR Bundestaqı tərəfindən mayın 14-də qəbul edilməsindən sonra “qəhrəmanımız” küldən pərvazlanan Simurq quşu tək dirçəlməyə və yenidən səhnəyə qayıtmağa cəhd göstərmişdir. Üstəlik, Ştratenşulte bu yaxınlarda özünü özbaşına olaraq “Bundestaqın Cənubi Qafqaz məsələləri üzrə reportyoru“ təyin etmiş, AFR XİN-lə Corc Marşal Fondunun birgə tədbiri zamanı hamı üçün gözlənilmədən özünü belə bir sifətdə təqdim etmişdir. Bundestaqa göndərilən ilkin sorğuların nəticələri və məsələnin araşdırılması göstərmişdir ki, belə bir vəzifə ümumiyyətlə yoxdur və bu, yanıqlı bir adamın əvəz çıxmaq cəhdlərindən başqa bir şey deyildir. Lakin hamıya məlumdur ki, Bundestaq öz mövqeyini aydın şəkildə bildirmişdir və yaxın vaxtlarda onu dəyişməyə hazırlaşmır.

Buna baxmayaraq, Ştratenşultenin hər hansı addım atmaq cəhdinin özü narahatlıq doğurmaya bilməz. Cənubi Qafqaz məsələlərinə dair bu “müstəqil reportyorun” məruzələrinin forma və məzmununun necə olacağı, son nəticədə kimin tərəfindən redaktə olunacağı əvvəlkitək heç bir şübhə doğurmur.

Yeni vəzifədə fəaliyyətinə obyektivlik donu geyindirmək üçün Ştratenşulte son vaxtlar ciddi-cəhdlə Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə əlaqə yaratmağa çalışır ki, sonra özünün qərəzsizliyinə və məruzələrinin obyektivliyinə sübut olaraq onların adını çəkmək imkanı olsun və bununla da Bundestaqın dəhlizlərinə aparan yolunu asanlaşdırsın. Məkirli gedişdir və bu ideyanın kimin ehtiraslı pıçıltılarından yarandığı da şübhə doğurmur.

Yuxarıda deyilənlərdən çıxış edərək həmvətənlərimizi ayıq-sayıq olmağa və professor Ştratenşultenin və onun akademiyasının Azərbaycanın siyasi, elmi və qeyri-hökumət elitasının nümayəndələri ilə hər hansı əlaqəyə girmək üçün göstərdiyi bütün cəhdlərə son dərəcə ehtiyatla yanaşmağa çağırmağı özümüzə borc bilirik. Biz də öz tərəfimizdən Berlin Avropa Akademiyasının və onun qondarma “Dağlıq Qarabağın AFR bürosu”nun və onun ürəyi eşqlə dolu rəhbəri tərəfindən öyrədilmiş direktorunun fəaliyyətini izləməyə davam edəcəyik.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib