EKOLOGİYA İLİ ÇƏRÇİVƏSİNDƏ İSMAYILLIDA AZ VAXTDA 8.500 AĞAC ƏKİLMİŞDİR
İsmayıllı, 13 aprel (AZƏRTAC). İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən məlumatda göstərilir ki, gözəl ab-havası, zəngin meşələri ilə tanınan bu diyarda yaşıllıqların artırılması və qorunması, təmizlik və səliqə-sahman işləri sahəsində ardıcıl işlər görülür. Bülə ki, son vaxtlar İsmayıllı şəhərindəki park və xiyabanlarda sakinlərin qüvvəsi ilə 2 min ədəd Xan çinarı, Ağcaqayın və Çöyruş ağacları, bundan əlavə rayon yaşıllaşdırma idarəsi tərəfindən şəhərdən keçən magistral yolların kənarına daha 1000 ədəd müxtəlif növ ağac əkilmişdir.
Bakı-Şamaxı-Yevlax yolunun Qubaxəlilli kəndi ərazisindən keçən 182-183-cü kilometrində yol kənarında 2 min ədəd Şam ağacı, Mican kəndi ərazisində 500 ədəd Qoz ağacı, İvanovka kəndi ərazisində və kəndə gedən yolun ətrafında 2 min ədəd Şam ağacı, habelə, ayrı-ayrı kəndlərin ərazilərində 1000 ədəd müxtəlif növ ağac əkilmişdir.
Ağac əkinində sakinlər yüksək fəallıq nümayiş etdirirlər. Hər həftənin 6-cı və bazar günləri keçirilən iməciliklərdə təxminən 250-300 nəfər iştirak edir.
Küçə və parkların, yol kənarlarının təmizlənməsi, yaşıllıqlara, yeni əkilən ağaclara qulluq edilməsi və mühafizəsi diqqət mərkəzindədir.
Ekolojiya ili çərçivəsində görüləcək işlərlə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonda ağacəkmə kampaniyası davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]