Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Pandemiya şəraitinin insanların özünüinkişaf prosesinə müsbət təsiri olub

Ekspert: Pandemiya şəraitinin insanların özünüinkişaf prosesinə müsbət təsiri olub

Bakı, 3 avqust, AZƏRTAC

Motivasiya spikeri, təlimçi, mentor, beynəlxalq dərəcəli mühəndis Pərviz Həsənov pandemiya şəraitində insanların özünüinkişaf prosesi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Biznesin və ya digər sahələrin onlayn inkişafı üçün hansı uğurlu addımlar atılmalıdır?

-İllərdir bizim üçün iş həyatı yolu deyiləndə iki istiqamət trend olub. Biri biznes, digəri karyera uğrunda yüksəlməkdir. Bütün həyatımız boyu hər iki tərəf bir-birinə qarşı “biz qalibik, siz məğlubsunuz” formatında yanaşıb. Belə ki, biznesmenlər karyeristlərə deyiblər ki, baxın biz ona görə qalib sayılırıq ki, bizim öz işimiz, öz biznesimiz var, özümüz özümüzə müdirik, zamanımızı öz istədiyimiz kimi keçiririk, öz işimizin başındayıq. Siz isə bir şirkətə, bir quruma hər zaman xidmət edirsiniz. Sizin üstünüzdə hər zaman müdir var. Ona görə onlar özlərini hər zaman qalib, karyeristləri isə məğlub hesab ediblər. Qarşı tərəfdəkilər də hər zaman özlərini haqlı biliblər. Onlar da hər zaman biznesmenlərə deyiblər ki, sizin biznesiniz heç vaxt stabil ola bilmir. Bir gün uğurlu olsanız da, sabah müflis ola bilərsiniz. Lakin bizim ən azı stabil gəlirimiz var. Bir işdə işləyirik, karyerada yüksəlirik, maaş artımı olur, ən azı gələcəyimizdən rahatıq ki, normal işimiz var. Hər zaman bir-birilərinə qarşı belə bir tendensiyada olublar. Sonra nə oldu? Həyatımıza pandemiya girdi və nəyi göstərdi? Elə bir vəziyyət yarandı ki, biznesmenlərə də, karyeristlərə də mənfi təsir etdi. Biznesmenlər öz biznesini, karyeristlərsə öz işlərini itirdilər. Pandemiya bizə öyrətdi ki, həyatda bir dayaq olaraq kürəyimizi söykəyəcəyimiz nə biznesdir, nə də karyeradır.

Ona görə də insanlar özlərinə bu tip suallar verməlidirlər. Biznesdən və karyeradan təcrid olaraq mənim bu həyatda dəyərim nədir? Nəyi bacarıram? Bu bacarıqlarımla cəmiyyətə necə faydalı ola bilərəm? Bu faydanın da dəyəri nə qədərdir? Yəni əsas hədəf faydalı olmaqdır və bu faydalılığın mənə geri gələcək maddi dəyəri nədən ibarətdir? Artıq bunun üzərində hər bir kəs düşünməlidir. Həyatda bunu əldə etmiş insanın nə biznes qorxusu, nə də ki, karyerasını itirmək qorxusu olacaq. Pandemiya kimi eksklüziv hallarda isə dəyəri öz üzərinə formalaşdıraraq həyatda sağ qala biləcəklər.

Suala gəldikdə isə birinci onu deyim ki, biznesdə və karyerada artıq hər bir insan “mən öz üzərimdən necə pul qazanmalıyam?” sualı ətrafında düşünməlidir. Bunu da ifadə etmək üçün ən güclü yol təbii ki onlayn platformadır. İnsan onlayn sistem üzərində öz şəxsi brendinqini aparmalıdır ki, mənim qabiliyyətim budur. İnsanlığa bununla fayda verə bilərəm və insanlar bir müştəri kimi onun bu qabiliyyətinə ödəniş edib faydalanmalıdırlar. Eynilə biznesdə və karyerada da ümumi olaraq cavab versək hər kəs kimin bu günə kimi nə iş görməsinin, hansı sahədə olmasının fərqinə varmadan işin onlayn modelini düşünməlidir. Pandemiya zamanı artıq bir çox biznes sahəsi də insanlara onlayn xidmət göstərməyə başlayıb. Bir növ müştəri də onlayn xidmətə öyrəşib. Kimsə hələ də öz biznesində və ya karyerasında onlayn xidməti tətbiq etməyibsə demək olar bir addım geri qalacaq. Çünki artıq bundan sonra insanlar onlayn təhsilə, onlayn xidmətə, onlayn məhsula üstünlük verəcək. Ona görə də hər kəs mütləq öz işinin onlayn versiyasını düşünüb ərsəyə gətirməlidir.

- Pandemiya şəraitinin insanların özünüinkişaf prosesinə nə kimi təsiri var?

- Pandemiya şəraitinin insanların özünüinkişaf prosesinə mühüm təsiri var. Əsasən də o insanları nəzərdə tuturam ki, həyatının tələbəlik illərini yaşayır, gəncdir, maddi sıxıntıları yoxdur. Valideyn onun maddi dəstəyi olduğu üçün işləmək kimi bir sıxıntısı yoxdur. Ondan istənilən sadəcə oxumaq, təhsil almaq və inkişaf etməkdir. Belə insanlar bəlkə həyatda bir daha belə bir fürsət əldə edə bilməyəcəklər. Düşünün ki, dörd divar arasındasan, oturmusan, çay-kofe yanındadır. Səndən istənilən sadəcə şəxsi inkişafda olmaqdır. Yəni bundan yaxşı nə ola bilər?

Bundan başqa zaman qazanıldı. Bu, ən əsas mövhumlardan biri idi. Çünki insanlar, xüsusilə paytaxt insanı günün 3-4 saatını yollarda keçirirdi. Yollarda itirilən o saatlar insanlara verildi ki, indi o vaxtdan istifadə elə. Bundan faydalı hədiyyə təsəvvür edə bilmirəm. Gəncliyin pandemiyaya görə şikayətlənməyin görəndə təəccüblənirəm. Mən bunu həmişə təlimlərdə də deyirdim ki, mənə 17 günün 24 saatı lazımdır ki, bir otağın içinə girim kompüter qarşısında etməli olduqlarımı edim, sonra çıxım. Bu sözü pandemiya gəlməmişdən deyirdim. O istəyim qarşılandı. Həyat elə gətirdi ki, məndən 4 divar arasında oturmağımı və kompüter qarşısında vaxt keçirməyim istənildi. Bilirəm ki, bir daha belə bir fürsət ələ düşməyəcək. Məhz pandemiyaya görə bir çox ideyanı həyata keçirdim. “Xəyalımdakı Gələcək Mentor Məktəbi” və “Personal Mentor Proqramı” quruldu. Bir çox təlimlər keçirildi, yeni kitab yazısına başlanıldı, danışıqlar aparıldı. Bir çox ideyanın təməli atıldı. Bəlkə bu dönəm yaşanmasaydı mən digər hədəflərin arxasınca qaçacaqdım, nəticədə bu uğurlar olmayacaqdı. Gənclər bu perioddan şikayətlənməli deyil, əksinə bunu “şəxsi inkişaf kampı” adlandırmalıdırlar. Onlar “mən öz evimə, şəxsi inkişaf kampıma girəcəyəm, pandemiya sonrası müəyyən biliklərə sahib olacağam, özümdə möhtəşəm bir dəyişiklik yaradaraq həyata daha güclü və hazırlıqlı atılacağam” deməlidirlər. Yalnız belə yanaşmalıyıq pandemiya şəraitinə.

- Karyeranın qurulmasında və ya böyüməsi yolunda onlayn həyat tərzinin nə kimi təsirləri ola bilər?

- Hər zaman belə bir fikir söyləyirəm, şəxsi brendinq sənin qurduğun biznesdən də, sənin işlədiyin şirkətin prestijindən də daha önəmlidir. Ona görə də əgər doğrudan da uğur qazanmaq istəyirsənsə, ilk növbədə, dünyaya uğurlu olduğunu göstərməlisən. Özünü təqdim eləməlisən dünyaya ki, baxın mən varam, mövcudam. Sən özün bunu etməsən, dünyadan gözləmə ki, kimsə gəlib səni tapsın. Deyək ki, bir biznesin sahibisən, sahibkarsan. Səni kimlər tanıyır? Yalnız o bizneslə məşğul olan digər sahibkarlar rəqibləri və ya partnyorları kimi tanıyırlar. Bir də müştərilərin səni tanıyır. Dünya səni tanıyırmı? Tanımır. Başqa bir misal, tutaq ki, bir şirkətdə çox önəmli aparıcı işçilərdən birisən. Bəs səni kim tanıyır? Şirkətdə sənin menecerin və digər işçilər. Başqa şirkətlər belə sənin mövcudluğundan xəbərsizdirlər. Ona görə də karyerada və ya biznesdə uğurlu olduğunu insanlara göstərməlisən ki, dünya sənin uğurunu qəbul etsin, tanısın, bilsin ki, sən də varsan. Əsas məsələ bunu necə etməliyik? Ən vacib ünsürlərdən biri bunu onlayn şəkildə reallaşdırmaqdır. Mən özüm də tanınmaqda, həm neft sektoru adına olsun, həm təlimçilik, həm motivasiya spikeri kimi, həm yazar, həm də mentor olaraq onlayn platformadan çox güclü şəkildə istifadə edirəm. Bunun sayəsində karyeramda digər rəqib şirkətlər mənim varlığımdan xəbərdar olub. Məhz bu onlayn platformadan istifadə etməyin sayəsində ayrı-ayrı şirkətlər mənimlə işləmək istədi. Hamıya, xüsusən də seminarlarımın iştirakçılarına, yeni nəslə hər zaman məsləhət görürəm ki, sosial mediadan boş-boşuna deyil, uğurlarınızı nümayiş etdirəcək bir platforma kimi istifadə edin.

- Öz karyera yolunuzdan misal çəkərək gənclərə hansı motivasiyaedici məsləhətlər verə bilərsiniz?

- Gənclərə məsləhətim budur ki, hər zaman əsas açar kimi düzgün düşüncə tərzi formalaşdırın. İxtisasınızı öyrənməkdən, elm almaqdan, yaxşı bir işə düzəlməkdən və yaxşı pul qazanmaqdan daha önəmli olan düzgün düşüncə tərzini inkişaf etdirib, o xarakteri özünüzdə formalaşdırmaq lazımdır. Düzgün bir düşüncə tərzi ilə düzgün bir həyat yaşayacaqsız. Hansı həyatdır o düzgün həyat? Sizin istədiyiniz həyatdır. Başqalarının sizin üçün istədiyi yox.

Öz karyeramdan misal çəksəm deyə bilərəm ki, mən “böyüyümüz” faktorunun dediklərinə yox, həyatda yaşamaq istədiyim həyatı yaşamış olan insanların düşüncə tərzləri ilə tanış oldum. Onları öyrəndim. Onlar həyata necə baxırsa özüm də bunu tətbiq elədim. O insanların düşüncə tərzinin müəyyən bir qismini də özümdə formalaşdırdım. Bəzən bizə doğrular yanlış kimi, yanlışlar da doğru kimi anladılır. Ona görə çox diqqətli olmalıyıq. Hər verilən məsləhət böyük deyir (ailədəki, təhsil sistemindəki, iş yerindəki) deyə qəbul olunmamalıdır. Mütləq diqqət etməliyik ki, mənə məsləhət verən adam mənim necə bir həyat yaşamaq istədiyimi anlayırmı? Mənimlə empatiya qura bilirmi? İkinci, mən bu yaşamaq istədiyim həyatı o adam özü yaşayıbmı, ya da bu barədə bir məlumatı varmı? Yalnız sənin yaşamaq istədiyin həyatı artıq yaşamış olan və yaşayan adamdan məsləhət almalıyıq. Həyatım boyu hər zaman bu düşüncə tərzində oldum. Ətrafımdakı insanların deyil, həyatını özüm də yaşamaq istədiyim insanları nümunə kimi götürdüm. Onların məsləhəti ilə oturub durdum. Karyeramda atdığım addımlar, təhsil sistemimdə atdığım hər addım, şəxsi həyatımda atdığım hər bir addım “böyüklərin” baxış bucağı ilə yanlış idi. Amma mən özümü xoşbəxt hiss edəcəyim həyat qurdum. Önəmli olan da budur. Əgər qurduğun karyeranın, ailənin, hər bir şeyin sonunda özünü xoşbəxt hiss etmirsənsə deməli doğru yolda deyilsən. Hər zaman karyeramda kritik addımlar atdım. Tanınmış çox böyük şirkətləri öz seçimimlə tərk elədim. Nə qədər çətin olsa da gənclərə hər zaman bunu məsləhət görürəm və fikrimin arxasında da dururam ki, yanlışların içində əslində doğru olan budur.

- Qarşıdan abiturientlərin imtahan prosesi gəlir. İxtisas seçimi edərkən gənclərimiz daha çox hansı sahəyə üstünlük verməlidirlər?

- Bir gəncə demək ki, bu sahə perspektivlidir seç sən də uğur qazanacaqsan, bu, ən yanlış məsləhətlərdən biridir. Misal üçün Azərbaycanda neft sektoru və turizmin perspektivliyini nəzərə alaraq bir gənci bu sahələrə yönəltmək ən səhv məsləhətlərdəndir. Bir gənci perspektivli sahəyə yox, bacarıqları hansı sahədədirsə o istiqamətə yönəltmək lazımdır. Heykəltəraşlıq Azərbaycanda perspektivli sahə sayılmaya bilər. Amma sən doğrudan da insanların qəlbini məftun edəcək heykəltəraş ola biləcəyini düşünürsənsə hər zaman müştərisi olan bir heykəltəraş olacaqsan. Ona görə də gənclərə məsləhətim odur ki, insan tipologiyası elmi ilə tanış olsunlar. Öz tipologiyalarını təyin etsinlər. Bu tipologiyada olan insanların mənfi və müsbət tərəflərini müəyyənləşdirsinlər və özlərinin zəif nöqtələrini bilsinlər. Tipologiya elminə əsasən özlərinin aid olduğu tipologiyadakı insanların bu günə kimi həyatda daha çox hansı istiqamətlərdə uğur qazandıqlarını öyrənsinlər. Əgər sən öz tipologiyanı doğru təyin etsən o sahədə də uğur qazanacaqsan və gördüyün işdən zövq alacaqsan. İstəmədiyin sahə üzrə təhsil alacaqsansa deməli uğur qazana bilməyəcəksən və bezdirici bir peşəyə yiyələnəcəksən. Amma səndən zəif bir təhsil ocağında təhsil almış bir insan bacarıqlarını tətbiq elədiyi bir sahədə işləməklə səndən daha uğurlu olacaq. Ona görə də həyatımızın bu etapında kim olduğumuzu, hansı sahədə daha bacarıqlı ola biləcəyimizi təyin etməli və hər şeyə rəğmən o sahəyə istiqamət almağa çalışmalıyıq. Təbii ki burda marketinq araşdırması da apararaq bu peşə sahibi insanların Azərbaycanda minimum və maksimum gəlirinin nə qədər olduğunu təxmin etməliyik. Daha çox gəlir əldə etmək istəyirsənsə o sahə üzrə özünü inkişaf etdirməlisən ki, maddi asılılıq olmadan peşəndən hobbi kimi də istifadə edə biləsən.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib