“ƏL-QAİDƏ” TERROR AKTLARINA NƏ QƏDƏR XƏRC ÇƏKMİŞDİR?
Sənəddə deyilir ki, terrorçular 2001-ci il sentyabrın 11-də ABŞ-da törətdikləri terror aktlarının təkcə hazırlanmasına bir milyon dollar xərcləmişlər. Ümumiyyətlə, “Əl-Qaidə” özünü qənaətcil və vəsaitin qədirini bilən qurum kimi göstərir.
Onun ən “baha”, amma 50 min dollardan artıq olmayan əməliyyatları arasında 2003-cü ilin noyabrında İstanbulda (40 min dollar), həmin il Cakartada (30 min dollar), 1998-ci ilin avqustunda ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində (təxminən 50 min dollar), 2002-ci ildə İndoneziyanın Bali adasında (təqribən 50 min dollar) törətdiyi terror aktları da var.
BMT-nin sənədində göstərilir ki, Yəməndə ABŞ-ın “Coul” gəmisinə qarşı terror aktlarının və İspaniyanın dəmir yolunda partlayışın hərəsi “Əl-Qaidə”yə 10 min dollara başa gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]