Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Muradxanlı: Dilimizin saflaşdırılmasına hər kəs öz nitqindən başlamalıdır

Elçin Muradxanlı: Dilimizin saflaşdırılmasına hər kəs öz nitqindən başlamalıdır

Bakı, 14 yanvar, AZƏRTC

Dilimizin zənginləşdirilməsi, funksionallığının artırılması, dilin daxili resurslarının və qohum dillərin hesabına dilimizin qüdrətinin daha da artırılması yönündə zəruri qərarlar qəbul etməyin zamanı çatıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında və yerli telekanallara verdiyi müsahibəsində bu vəzifəni xalqımızın və xüsusən biz dilçilərin qarşısında qoyub.

Azərbaycan dili inkişaf etmiş dillərdən biridir və bu dildə əlli milyondan çox insan danışmaqdadır. Azərbaycan türkcəsi ilə bağlı bəzən radikal görünə bilən islahatlar aparılmalı, dilimizin qorunması gələcək nəsillərə daha təmiz və inkişaf etmiş şəkildə çatdırılması istiqamətində işlər görülməlidir.

Bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, Yazıçılar Birliyinin və Milli Məclisin Toponimiya komissiyasının üzvü filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Muradxanlının yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Dilimizdə olan, ancaq ehtiyac duyulmayan və qarşılığı daha uğurlu olan yad sözlərin işlənməsi məhdudlaşdırılmalıdır. Dilimizdən varvarizmlərin, rusizmlərin təmizlənməsi ilə bağlı qərarlar qəbul edilməlidir. Dilimizin daxili imkanları (dialekt və şivələr, tarixi-ədəbi materiallar) hesabına yeni sözlərin dilimizə daxil edilməsi prosesi sürətləndirilməlidir. Qohum dillərin tərkibindən Azərbaycan türkcəsinə uyğun olan sözlərin seçilərək dilimizə gətirilməsi həyata keçirilməlidir.

Dilimizdə bir çox sözlərin bu gün işlənilməsi dilimiz üçün ağırlıq, müəyyən çətinliklər yaratmaqdadır. Bunlar dilimizin ahəng qanununa bəzən uyğun olmur və strukturu ilə uyuşmur. Məsələn: müvəffəqiyyət, radələrində, sərnişin, narahatlıq, müfəttiş, müttəhim, prokuror, müstəntiq, xadimə, dövr, sənəd, vəsait, sərmayə, bəhanə və s. Bəyəm müvəffəqiyyət sözünü “uğur” və “bacarıq”, radələrində sözünü “zamanında”, “vaxtında”, sərnişin – “yolçu”, müfəttiş – “yoxlayıcı”, narahatlıq – “rahatsızlıq”, müttəhim – “suçlu”, prokuror – “savçı”, müstəntiq – “soruşdurmaçı”, xadimə – “təmizlikçi kimi işlənsə, dilimiz bundan nə itirər? Niyə biz bağçıya mütləq “bağban”, işçiyə “fəhlə”, eyitimə “təhsil” deməliyik. Niyə biz qat sözünü qoyub “mərtəbə” sözünü işlədirik. Əgər biz cangüdən sözünü “qoruyucu”, “canqoruyan” kimi işlətsək, daha doğru olmazmı? Axı bizdə “güdmək” sözü tamam başqa məna verir. Niyə mütləq “milli məclis” deməliyik? “Ulusal yığıncaq” desək, olmazmı? Mömin yerinə “inanclı”, təcili yardım əvəzinə “ilk yardım”, münasibət əvəzinə “yanaşma”, müəllim yerinə “öyrədən”, bəhanə əvəzinə “tutarqa”, müstəmləkə əvəzinə “sümürqə”, dövr yerinə “dönəm” , məhsuldar əvəzinə “verimli”, təchizat əvəzinə “çatdırım”, müasir yerinə “çağdaş”, məktub yerinə “bitik” deyəndə bəyəm anlaşılmaz olur? Pilləyə “basanaq” deyə bilmərikmi? Göründüyü kimi, bu sözlərin sayını çox artırmaq olar.

Dilimizin daşıyıcıları olan bəzi insanlar öz nitqlərində Azərbaycan dilinin ziyanına olan, dilimizi korlayan sözlərə tez-tez müraciət edirlər. Sıradan vətəndaşların bu cür hərəkətləri, əlbəttə, arzuolunmazdır. Ancaq belə insanlar televiziya, yaxud radio aparıcıları, tanınmış şəxslər olanda vəziyyət daha ciddi şəkil alır. Məsələn: “nastroyeniye”, “uje”, “molodes”, “voobşe”, “davay”, “okey”, “pardon” kimi sözlər hələ də bizim qulaqlarımızı dəng etməkdədir.

Apardığımız uzun müşahidələr belə deməyə əsas verir ki, türkdilli xalqların öz nitqlərində istifadə etdikləri əzəli türk sözlərini mütləq dilimizdə bərpa etməliyik. Belə sözlər bütün türk xalqlarının sərvətidir və bu tip sözlər bizim dilimizdə alınma hesab edilməməlidir. Bəzən uzaq Sibirdə yaşayan azsaylı bir xalqın dilində dilimiz üçün xəzinə hesab edilə biləcək ifadələrlə rastlaşırıq: Məsələn: yaka – “yaxa”, sahil – çayın ağzı, “mənbə”, çayın ayağı – “mənsəb”, sünbül – “başaq”, şimal – “quzey”, cənub – “güney”, günbatan – “qərb”, günçıxan – “şərq”, eşit – “bərabər”, öz – “meyvə suyu, şirə”, təhqir etmək – “aşağılamaq”, qiymət – “dəyər”, etimad – güvən, şübhə – “quşqu” və s. Fikrimizcə, bu tip sözlərin toplanaraq dilimizdə bərpasına nail olmaq və dilimizi zənginləşdirmək çox da çətin iş deyil.

Azərbaycan dilinin leksikonunun çox böyük hissəsini terminlər təşkil etməkdədir. “Termin” dedikdə, assosiativ olaraq gözümüzün önündə latın, yunan, ərəbmənşəli sözlər canlanır. Təəssüf doğurucu hal bir də odur ki, paralellik, müxtəliflik, sinonimlik doğurmasın deyə düşünülmüş terminlərin bəzən bir neçə variantı ilə belə rastlaşmalı oluruq. Məsələn: dilçiliyimizin özündə belə terminlər mövcuddur. Misal olaraq, elə “dilçilik” terminin özünü götürək. Məsələn: dilçilik – linqvistika, dilşünaslıq. Göründüyü kimi, dilimizə aydınlıq gətirməli olan terminlər belə, bəzən dolaşıqlığa səbəb verir. Özgə dillərdən söz alarkən bu o zaman baş verməlidir ki, yuxarıda qeyd etdiyim bütün mənbələrdə həmin sözün adlandırılması üçün uyğun söz tapılmasın. Həm də bu alınacaq söz dilimizə məfhumla birgə daxil olsun, yəni əşya ilə adı birgə qəbul etməliyik. Ad tapılanda belə həmin ad o nəsnəyə uyğun gəlsin. Məsələn: qardaş türklər kompüter sözünün əvəzinə “bilgisayar” işlətsələr də, Azərbaycan xalqı bunu qəbul etmədi. Ona görə ki, kompüterin funksiyası təkcə bilgi saymaqla bitmir.

Alınma sözlər dünyanın bir çox dillərində mövcuddur. Lakin elə dillər var ki, nisbətən az söz almışdır. Təəssüf hissilə deməliyəm ki, Azərbaycan dilində alınmalar arzuolunandan daha çoxdur. Dilimizin təmizlənməsi, saflaşdırılmasının aktual olduğu bir zamanda söz alarkən olduqca ehtiyatlı olmaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, alınma yalnız zəruri ehtiyacdan olmalıdır. Oxucularda yanlış təsəvvür formalaşa bilər ki, guya dili fərmanla, sərəncamla, göstərişlə idarə etmək olar. Əlbəttə, bu belə deyildir, bu məsələ yalnız bizdən – dilin daşıyıcılarından asılıdır. Vacib anlarda bir yumruq kimi birləşərək, qəhrəmanlıqlara qadir olan şüurlu vətənpərvər xalqımız bu məsələdə də qeyrətini ortaya qoymalıdır. Güneyli-quzeyli Azərbaycan xalqı öz doğma dilini saflaşdırmağın və zənginləşdirməyin zamanını və yetişdiyini anlamaqdadır. Bu həm də ümum-Azərbaycan ədəbi dilinin inkişafına xidmət edəcəkdir.

Bundan başqa, dilimizin öz türk kökünə dönməsi ümumtürk ədəbi dilinin formalaşmasında əsas qaynaqlardan biri olmasına gətirib çıxaracaqdır. Unutmaq lazım deyil ki, bizim söylədiklərimiz bir növ təklif xarakterlidir.

Azərbaycan dili hər xırda dəyişikliklərlə öz kimliyini və strukturunu itirməz. Bu dil min illərin sınağından çıxmışdır. Bu dildə yaranmış ədəbi-bədii sərvətlərimiz, incəsənətimiz bir əsgər kimi dilimizin keşiyində durmaqdadır. Keçmişdə Azərbaycan dilində yazılmış hər bir şeir nümunəsi, hər bir əsər dilimizin varlığının sübutudur.

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda xeyli iş görülməkdədir. İnstitutun əməkdaşları əllərindən gələni əsirgəmirlər. Hesab edirik ki, dilimizin saflaşdırılması və zənginləşdirilməsinə hər kəs özündən, öz nitqindən, danışığından başlamalıdır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur