Elektrik enerjisinin topdan və pərakəndə satış tarifləri tənzimlənəcək
Bakı, 11 aprel, AZƏRTAC
Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihə hazırlanarkən beynəlxalq təcrübə, ölkədə bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb.
Sənədin qəbulundan sonra energetika sistemində rəqabətqabiliyyətli (istehsal və satış) və tənzimlənən fəaliyyətlər (ötürmə və paylama) ayrılacaq. Elektrik enerjisinin topdan və pərakəndə satış tarifləri tənzimlənəcək, bu sahədə səmərəlik artırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]