Elektron Təhlükəsizlik Xidməti “Team Cymru” şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Elektron Təhlükəsizlik Xidməti ilə “Team Cymru” şirkəti arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Anlaşma Memorandumunun imzalanmasında məqsəd tərəflər arasında kiber təhdidlərin müəyyənləşdirilməsi və kiber insidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi sahəsində əməkdaşlığın qurulmasıdır.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən “Team Cymru” şirkəti məşhur qlobal kibertəhlükəsizlik şirkətlərindən biridir. Şirkətin əsas fəaliyyət istiqaməti kiber mühitdə zərərli infrastrukturları izləmək və şübhəli kiber trafiklər barədə əməkdaşlıq etdiyi tərəfləri məlumatlandırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]