Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarı tətbiq edilir

Bakı, 19 oktyabr, AZƏRTAC

Statistikaya əsasən, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. İnternet bu gün yalnız əlaqə və ünsiyyət vasitəsi kimi deyil, həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Dövlət qurumları, özəl şirkətlər öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər. Bununla yanaşı, Vergiödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamenti elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb. Departamentin Xidmətin təşkili idarəsinin direktoru Azər Şirinovun AZƏRTAC-a müsahibə də bu sahədə görülən işlər barədədir.

- Azər müəllim, məsafədən rabitə kanalları (internet portalı, elektron terminal, elektron köşk və s.) vasitəsilə elektron xidmətlərin göstərilməsi istiqamətində Vergilər Nazirliyinin hansı xidmətləri və yeni layihələri var?

- Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanı ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində böyük işlər görülüb.

Vergilər Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan xidmət kanalları yaradılıb, yeni layihələr tətbiq edilməklə elektron xidmətlər genişləndirilib. Hazırkı şəraitdə vergi orqanları ilə vergiödəyiciləri arasında mükəmməl elektron əlaqələrin qurulmasında, bu xidmətlərin genişləndirilməsində yeni mərhələnin əsası qoyulub.

Bu gün Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi fəaliyyət göstərir. Nazirliyin vergiödəyicilərinə xidmət strukturlarının əsas vəzifələri tətbiq edilən elektron xidmətlər barədə vergiödəyicilərinin məlumatlandırılması, maarifləndirilməsi, elektron xidmətlərin təşviqi, bu xidmətlərdən istifadəyə kömək göstərilməsidir. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində ayrıca “Elektron xidmətlər” bölməsi yaradılıb, nazirliyin göstərdiyi bütün elektron xidmətlər, onların inzibati reqlamentləri, istifadə təlimatları, o cümlədən videotəlimatlar burada yerləşdirilib.

Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət edən şəxslərə elektron xidmətlərdən istifadə qaydası əyani şəkildə izah olunur, həmin mərkəzlər vasitəsilə elektron xidmətlərdən təkrar istifadə edən vergiödəyiciləri ilə xüsusi təlimlər təşkil olunur. Xidmət mərkəzlərinin hamısında vergiödəyicilərinin sərbəst istifadə edə biləcəyi, internetə çıxışı olan özünəxidmət kompüterləri quraşdırılıb.

- Özünəxidmətə keçid necə reallaşdırılır?

- Elektron xidmətlərimizdən sərbəst istifadənin təşviq edilməsi məqsədilə Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən özünəxidmətə keçid meyarı tətbiq olunur. Xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə etmiş

vergiödəyicilərinin sonrakı dövrdə xidmət mərkəzlərinə gəlmədən elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən bu meyar üzrə ilkin olaraq 2017-ci ilin ikinci rübü üçün hədəf 30 faiz səviyyəsində müəyyən edilib və növbəti dövrlərdə bu faiz göstəricisinin artırılması nəzərdə tutulur.

- Departamentin Xidmətin təşkili idarəsi tərəfindən aparılan təhlil zamanı 2017-ci ilin 9 ayı ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergiödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz, göstərilmiş xidmətlərin sayının isə 5,5 faiz artmasına baxmayaraq, son iki ayda bu dinamikada azalma müşahidə olunub. Bunun səbəbini necə izah edərdiniz?

- Son aylarda xidmət mərkəzlərinə müraciət edən vergiödəyicilərinin sayının azalmasının səbəbləri araşdırılarkən belə qənaət yaranıb ki, buna daha çox aşağıdakı amillər təsir edir:

Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergiödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi; elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş elektron imza (“ASAN İmza”) alanların sayının artması (cari ilin 9 ayı ərzində verilmiş “ASAN İmza” sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110 min 651 olub.

2013-cü ildən indiyədək 366 min 187 “ASAN İmza” sertifikatı verilib. Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8352 hüquqi şəxsin 5785-i və ya 69,3 faizi, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınıb.

Departamentimizin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internat saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergiödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırılması və onları özünəxidmətə cəlb etməsi.

- Özünəxidmətə keçidin etimadı doğrultması və uğur qazanması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Departamentimiz gələcəkdə də vergiödəyiciləri tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, bu sahədə özünəxidmətə keçidin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcək. Bir faktı qeyd edək ki, təhlil zamanı cari ilin avqust ayında elektron xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etmiş fiziki şəxslərin 66,8 faizinin 18-44 yaş arasında olduğu müəyyən edilib. Həmin şəxslərin elektron xidmətlərdən istifadənin daha tez mənimsənilməsi imkanlarının olduğunu nəzərə alaraq, xidmət strukturları tərəfindən özünəxidmətə keçidin genişləndirilməsi məqsədlə maarifləndirmə tədbirlərinin, əlavə təlimlərin təşkili nəzərdə tutulub.

Məqsədimiz vergiödəyicilərinin istək və tələblərinə uyğun xidmətlərin nazirliyin müvafiq informasiya mənbələrindən, o cümlədən rəsmi internet saytından, İnternet vergi idarəsindən və Çağrı Mərkəzindən əldə etmələrinə nail olmaqdır. Bütün bunlar xidmətlərin şəffaflıq şəraitində əlçatanlığına, həm vergiödəyicilərinin, həm də vergi orqanlarının inzibatı xərclərinin azalmasına, vaxtdan daha səmərəli istifadə edilməsinə şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir