Elgün Səmədov: Əziz Səncərin uğuru fundamental elmin müasir təbabətə necə çevrilə biləcəyinin nümunəsidir
Bakı, 8 sentyabr, AZƏRTAC
Əziz Səncərin uğuru bizim üçün yalnız kimya sahəsində qazanılmış Nobel mükafatı deyil. Bu, fundamental elmin insan sağlamlığına və müasir təbabətə necə çevrilə biləcəyinin gözəl nümunələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri səhiyyə nazirinin müşaviri Elgün Səmədov AMEA-da dünyaşöhrətli alim, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.
E.Səmədov Əziz Səncərin 2022-ci ildə Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalında gənclərlə görüşü zamanı səsləndirdiyi fikirləri də xatırladıb. Qeyd edib ki, alim xərçəng xəstəliyi üzərində Nobel mükafatı qazanmaq üçün deyil, bu xəstəliyə qarşı mübarizədə faydalı vasitə tapmaq ümidi ilə çalışdığını bildirib.
“Əziz müəllimin gənclərə tövsiyəsi də çox sadə idi: mükafat üçün deyil, insanlığa və vətənə fayda vermək üçün çalışın”, - deyə E.Səmədov qeyd edib.
Səhiyyə nazirinin müşaviri çıxışında Prezident İlham Əliyevin 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Əziz Səncər haqqında söylədiyi fikirləri xatırladıb: “Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türk, həm vətənpərvər insandır”.
E.Səmədov vurğulayıb ki, Əziz Səncər yalnız Nobel mükafatı qazanmış böyük alim kimi deyil, həm də həkim, müəllim, Türk dünyasının böyük elm adamı və minlərlə gəncə yol göstərən şəxsiyyətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:18]
Akademik: Əziz Səncər elmi əməkdaşlığa xüsusi diqqət göstərir
- 08.09.2026 [20:11]
Cihangir İşbilir: Əziz Səncər Türk dünyasının qürur mənbəyidir
- 08.09.2026 [18:57]
Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır
- 08.09.2026 [18:20]
Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Yağışlı Bakıdan FOTOLAR
- [18:02]
AZAL Ciddəyə uçuşları bərpa edir
- [16:18]