Əli Əhmədov: “Eurovision-2011” müsabiqəsindəki qələbə Azərbaycanın yüksəlişinin təcəssümü və ifadəsidir
Bakı, 18 may (AZƏRTAC). “Eurovision-2011” musiqi yarışmasındakı qələbə Azərbaycanda bütün sahələrdə müşahidə olunan nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov jurnalistlərə açıqlamasında demişdir.
Ə. Əhmədovun fikrincə, bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bilmişdir. Gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaqdır.
YAP funksioneri demişdir: “Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektivdirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]