Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Prezidentlərin Soçi görüşünün nəticələrini pozitiv qiymətləndirmək olar

Əli Həsənov: Prezidentlərin Soçi görüşünün nəticələrini pozitiv qiymətləndirmək olar

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AZƏRTAC-a müsahibəsi

- Əli müəllim, avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüşün nəticələri haqqında nə demək olar?

- Məlum olduğu kimi, bu görüş iki ölkə başçıları arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüşdür. Əlbəttə, hər bir görüşdən müsbət nəticə gözləntiləri olur. Çünki görüşdə də qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən uzun sürən münaqişələrindən biri “status”unu almaqdadır. 20 ildən artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla yanaşı, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir. Odur ki, müxtəlif formatlarda, xüsusən də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.

Konkret olaraq Soçi görüşünün nəticələrinə gəldikdə, qeyd etməliyəm ki, son zamanlar Ermənistanın işğalçı qoşunlarının təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab V.Putinin təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Rusiya Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk qrupunun üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu missiyanı - sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri dərindən anlayır. Cənab V.Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqəti, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorunmasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına, tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi. Digər tərəfdən, Rusiya Prezidentinin münaqişənin “bu qədər uzanmasını proseslərin müsbət dinamikasına xələl gətirən bir amil” kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə pozitiv yanaşması kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada belə ifadə etmək olar: mövcud status-kvo tezliklə, sülh və danışıqlar yolu ilə aradan qaldırılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi, bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda işğal altında olan torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürmüşdür. Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə istinad edərək, ilk dəfə idi ki, Ermənistanı işğalçı dövlət adlandırmış və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir.

O ki qaldı Ermənistan Prezidentinin mövqeyinə, bu ölkənin danışıqlardakı “arqument torbası”, həmişəki kimi, bu görüşdə də boş idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü “arqumentlər”in heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına kiçik əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks etdirməyən “riyakarlıq buketi” təsiri bağışlayırdı.

Azərbaycanı hansısa “şərtə əməl etməməkdə” günahlandırmaq və Rusiya Prezidentinə “bu qonşu ölkə haqqında kiçik vassal şikayətləri etmək” imperiya dövründə kiçik vassalların Rusiya çarına ünvanladığı “şikayət ərizələri”ni və “donosları”nı xatırladır. BMT-nin 4 qətnaməsi ortada ola-ola, Azərbaycanı hansısa kiçik bəhanələrlə günahlandırmağa başqa ad da vermək olmur.

Danışıqların ümumi yekununa gəldikdə, analitiklərin fikrincə, Soçi görüşünün nəticələri, ümumən, pozitiv qiymətləndirilə bilər. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəkdir.

- Serj Sarkisyan görüşdən sonra Ermənistan mətbuatına verdiyi açıqlamasında Azərbaycanı hədələyib və ölkəsinin Azərbaycanın bütün yaşayış məntəqələrini “Ağdama çevirmək” gücündə olduğunu iddia edib.

- Açığını deyim ki, Sarkisyanın əvvəllər və indi verdiyi bu tipli açıqlamalar Ermənistana ekstremist təfəkkürlü insanların rəhbərlik etdiyini açıq göstərir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində müsahibələrinin birində, o, etiraf etmişdi ki, ermənilər Xocalı soyqırımını törətməklə azərbaycanlılara qarşı cəza aksiyası həyata keçiriblər. Ancaq Sarkisyan unudur ki, indi nə ötən əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir. Elə həmin açıqlamasında Sarkisyan iqtisadi və hərbi gücün Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, əgər Ermənistan rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı siyasətini davam etdirsin.

- Əli müəllim, dünən qardaş Türkiyənin tarixində ilk dəfə birbaşa seçkilər yolu ilə ölkə prezidenti seçilmişdir. Nəticələr artıq bəllidir. Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə qalib gəlib. Bütövlükdə seçkinin nəticələrini və cənab Ərdoğanın qələbəsini necə dəyərləndirirsiniz?

- Əvvəla, türk xalqını bu seçki münasibətilə ürəkdən təbrik edirəm. Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi, seçkilərdə qazandığı uğura görə, cənab Ərdoğanı təbrik edirik və ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil. Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə uğurlar arzulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcəkdir. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti cənab Ərdoğan qardaş ölkəni ən doğru yolla gələcəyə aparsın və bu vəzifədə ilk xarici səfərini də Azərbaycana etsin.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir