ƏLİAĞA VAHİDİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Gecənin bədii hissəsi Əliağa Vahidin öz ifasında lentə yazılmış qəzəlinin səsləndirilməsi ilə başlanmışdır.
Poeziya evinin direktoru Hacı Şahin Verdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gecədə çıxış edən natiqlər məşhur söz ustadı Əliağa Vahidin yaradıcılığının ədəbiyyat tariximizdə özünəməxsus yer tutmasından, onun əsərlərinin poetik dilinin sadəliyindən, xəlqiliyindən və ahəngdarlığı sayəsində dillər əzbəri olmasından danışmışlar.
Sonra Vahidin yaxın dostları və pərəstişkarları şair haqqında xatirələrini söyləmiş, ona həsr etdikləri şerlərini oxumuşlar.
Əliağa Vahidin oğlu Ramiz İsgəndərov atasının xatirəsinə göstərilən diqqətə görə minnətdrlığını bildirmişdir.
Axırda “Vahid” meyxana qrupunun ifasında ölməz şairin qəzəlləri və meyxanaları səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]