Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELİN SÜLEYMANOV: İLK NÖVBƏDƏ AZƏRBAYCAN DÖVLƏTİNİN NAİLİYYƏTLƏRİ HAQQINDA DANIŞMALIYIQ

Bakı ilə 12 saat vaxt fərqi olan Los-Anceles şəhərindəki Baş konsulluğumuz Azərbaycandan ən uzaqda yerləşən diplomatik nümayəndəliyimizdir. Cəmi beş ay fəaliyyət göstərməsinə baxmayaraq, artıq yerli dairələr arasında yaxşı tanınıbdır. Buna Azərbaycanın Dövlət müstəqilliyi günü münasibətilə Baş konsulluq tərəfindən təşkil edilən ziyafətdə Los-Anceles dairəsi rəsmilərinin, diplomatik korpusun üzvlərinin, Azərbaycan, türk və yəhudi icmaları başçılarının iştirakı da dəlalət edirdi. Qonaqların arasında olan Los-Ancelesdəki konsulluq korpusunun başçısı, Belizin Kaliforniyadakı baş konsulu Roy Yanq AZƏRTAC-ın müxbirinə demişdir: “Buradakı baş konsulunuz çox fəaldır. O, şəhərin 95 dövlətin nümayəndəsindən ibarət konsulluq korpusuna bir neçə yeni ideyalar gətirmişdir. Nümayəndəliyinizi burada görməkdən və ölkənizin müstəqillik gününü birgə qeyd etməkdən məmnunluq duyuruq”.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarının birində diplomatiyamızın “Ermənistanın meydanında oynamasının” zəruriliyini bildirmişdir. Bu baxımdan, Los-Ancelesdəki Baş konsulluğumuz diplomatik cəbhədə ön sırada olan əsgərdir. Xatırladaq ki, “ASALA” erməni terror təşkilatı türk diplomatlarına qarşı terroru 1973-cü ildə məhz Los-Ancelesdə çalışan iki nəfəri qətlə yetirməklə başlamışdır. Çoxsaylı erməninin yaşadığı Kaliforniya ştatı nüfuzlu erməni diasporunun Amerikadakı mərkəzi sayılır. Kaliforniyanın bəzi şəhərlərində erməni mənşəli əhali 30-40 faiz təşkil edir. Los-Anceles dairəsinin bir hissəsi qeyri-rəsmi olaraq “kiçik Ermənistan” kimi tanınır.

Burada Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyəti, onun qarşısında duran vəzifələr barədə AZƏRTAC-ın xüsusi müxbiri baş konsul Elin Süleymanovla söhbət etmişdir.

- Los-Ancelesdə diplomatik nümayəndəliyimizin açılması yalnız siyasi zərurətlə bağlı idi?

- Azərbaycan və ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Biz başa düşürük ki, münasibətlər təkcə rəsmi Bakı və Vaşinqton arasında deyil, ümumilikdə Azərbaycan və Amerika arasında qurulmalıdır. Bu, yalnız siyasi yox, həm də iqtisadi, biznes, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin qurulmasını nəzərdə tutur. Yəni, diplomatik nümayəndəliyimizin təkcə Vaşinqton və Nyu-Yorkda olması kifayət deyildir. Kaliforniya ştatı dünyanın yeddinci ən iri iqtisadiyyatını təmsil edir. Bura, ABŞ-ın çox mühüm hissəsi, beynəlxalq ictimayyətin əhəmiyyətli rəy mənbəyidir. Bizə aydın idi ki, əgər Azərbaycan-ABŞ əlaqələrini daha da möhkəmlətmək niyyətindəyiksə, Kaliforniyada diplomatik nümayəndəliyimizi açmalıyıq. Los-Anceles Nyu-Yorkdan sonra Amerikanın ikinci ən böyük şəhəridir. Konsulluğumuz ABŞ-ın qərbində 13 ştatla münasibətlərə cavabdehdir. İndiyə qədər Azərbaycan diplomatiyasının səyləri əsasən ABŞ-ın şərq sahilinə yönəlmişdir. Bu da məntiqidir, çünki məhz şərq sahilində Amerikanın paytaxtı və siyasi mərkəzi yerləşir. Ancaq qərb sahili də ölkədə gedən proseslərdə mühüm rol oynayır. Bu bölgənin Amerikanın siyasi və biznes dairələrində güclü təmsilçiliyi vardır. Kaliforniyada diplomatik nümayəndəliyimizin açılması burada yaşayan çoxsaylı Azərbaycan mənşəli amerikalılarla əlaqə baxımından da vacib idi. Bundan əlavə, Kaliforniyada çoxsaylı və güclü erməni icması var və onun siyasətə təsirini inkar etmək çətindir. Ona görə Kaliforniyadakı səslərə Azərbaycanın da səsinin qoşulması vacib idi.

- Cənab Süleymanov, diplomatik nümayəndəliyimizin işi hansı istiqamətlərdə cəmləşdirilib? - Əlbəttə, bizdə konsulluq şöbəsi fəaliyyət göstərir və müvafiq hüquqi məsələlərlə məşğul olur. İşimizin çoxşaxəli siyasi və iqtisadi tərəfləri var. O cümlədən, yerli hökumətlə, siyasi dairələrlə, qeyri-hökumət təşkilatları və mətbuatla əməkdaşlıq qurmaq. İqtisadi sahədə böyük planlarımız var. Kaliforniya iqtisadi baxımdan bizdən ötrü əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyan etdiyi iqtisadi prioritetlərdən biri də qeyri-neft sektorunda informasiya texnologiyaları sahəsini sürətlə inkişaf etdirməkdir. Baş konsulluğumuzun qısa fəaliyyəti dövründə biz artıq Silikon Vadisində ilk Azərbaycan-ABŞ biznes forumunun keçirilməsinə nail olmuşuq. Bu forumda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak etmişdir. Tədbir kifayət qədər uğurlu olmuşdur. Bundan başqa, hamıya məlumdur ki, Kaliforniyada Hollivud - dünyanın əyləncə və mədəniyyət paytaxtı yerləşir. Bu sahədə də Azərbaycan-ABŞ əlaqələrini inkişaf etdirmək niyyətindəyik.

- Diplomatik nümayəndəliyimiz 5 aydır ki, fəaliyyətə başlayıbdır. Görülən konkret işlər barədə nə deyə bilərsiniz?

- Bu müddət ərzində görülən ən birinci və ən vacib iş Amerikanın qərb sahilində Azərbaycanın dövlət bayrağının qaldırılması idi. İlk dəfə olaraq ölkəmiz burada diplomatik nümayəndəliyini açmışdır. Bu, bizim üçün böyük şərəfdir və hər bir diplomatımız ona göstərilən etimaddan fəxr duyur. Mayın 28-də Azərbaycanın milli bayramı - Respublika günü təntənəli ziyafətlə qeyd olunmuşdur. ABŞ-ın qərb sahilində yaşayan Azərbaycan və türk icmalarının üzvləri böyük sevinc hissi ilə bu tədbirə qoşulmuşdular. Yeni diaspor təşkilatı - Kaliforniyanın Azərbaycan-Amerika Şurası yaradılmışdır. Bu təşkilat Baş konsulluğun dəstəyi ilə Amerikada yaşayan azərbaycanlı gənclərin ilk illik forumunu keçirmişdir. İnformasiya texnologiyaları sahəsində ilk Azərbaycan-Amerika biznes forumunun keçirildiyini xatırlatdım. Azərbaycanın Dövlət müstəqilliyi günü münasibətilə keçirilən tədbirə isə Los-Anceles dairəsinin rəsmiləri, burada yaşayan Azərbaycan, yəhudi və türk icmalarının başçıları, Los-Ancelesdəki diplomatik korpusunun üzvləri gəlmişdilər. Bu onu göstərir ki, Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu günbəgün yüksəlir. Biz Amerikanın qərb sahilində dövlət, biznes, qeyri-hökumət nümayəndələrinin Azərbaycana göstərdiyi böyük marağın şahidi oluruq. Oktyabrın 18-də dövlət bayramımızla əlaqədar Baş konsulluğa Kaliforniya, Montana, Nyu-Meksiko və Vaşinqton ştatlarının qubernatorları təbrik məktubları göndərmişdilər. Bütün məktublarda Azərbaycan dövlətinin uğurları qeyd edilir, Azərbaycan xalqının dünya mədəniyyəti və tarixinə verdiyi töhfələr xatırlanırdı. Bu onu göstərir ki, indi Azərbaycan, sadəcə, kiçik və uzaq bir ölkə deyil, doğurdan da, ABŞ-ın mühüm tərəfdaşıdır.

- Kaliforniyaya yeni gələndə burada hansı vəziyyətlə qarşılaşdınız? Azərbaycanı qərb sahilində tanıyırdılarmı?

- Xatırladım ki, ümumiyyətlə, Amerikada paytaxtdan kənardan çox insanlar beynəlxalq aləmlə maraqlanmırlar. Ona görə də Azərbaycanın burada adı çox tanınmırdı. Bundan əlavə, Kaliforniyadakı güclü erməni diasporunun təsirini biz də hiss etdik. Hətta texniki məsələlərdə - nümayəndəlik üçün binanın tapılması, bank hesabının açılması məsələlərində olan əngəllər burada erməni diasporunun mövcudluğunu büruzə verirdi. Ancaq, fəaliyyətə başladıqdan sonra anladıq ki, amerikalılarla birgə işləyərək, Azərbaycan həqiqətlərini yaya bilərik. Etiraf edirəm ki, erməni diasporunun nüfuzlu mərkəzi olan bir yerdə işləmək asan deyildir. Lakin unutmaq lazım deyil ki, Azərbaycanın mövqeyi o qədər ədalətli və düzgündür ki, bunu ermənilərin mövqeyi ilə müqayisə etmək olmaz. Hamı bunu başa düşür. Azərbaycan indi ABŞ üçün mühüm tərəfdaşdır, dünyəvi müsəlman dövləti kimi böyük maraq kəsb edir. Bunu başa düşərək, amerikalı tərəfdaşlarımız bizimlə işləmək istəyirlər. Məncə, bu simbiozdan yaxşı nəticə alına bilər.

- Nüfuzlu erməni diasporu və lobbisinin olduğu bir bölgədə ictimai rəyi necə dəyişmək olar? Nədən başlamaq lazımdır?

- Məncə, ən başlıcası, Azərbaycan dövlətinin nailiyyətləri haqqında danışmalıyıq. Biz, heç kimin qarşısında özümüzə haqq qazandırmamalıyıq. Həqiqət və ədalət bizim tərəfimizdədir. Göstərməliyik ki, Azərbaycan xalqı və dövləti Prezident İlham Əliyevin siyasi xətti sayəsində tərəqqi və düzgün inkişaf istiqamətində addımlayır. Sabitliyin hökm sürdüyü ölkə kimi Azərbaycan, demək olar ki, bütün qonşuları ilə yaxşı münasibətlər qurubdur. Biz bölgədə normal münasibətlərin yaradılması nümunəsiyik. Ermənilərə də sual verə bilərik - Ermənistan dövlətinin gələcəyini necə görmək istəyirsiniz? Hesab edirəm ki, erməni xalqının hər bir sağlam düşüncəli nümayəndəsi Ermənistanın inkişafını görmək istəyərdi. Bu isə yalnız Qarabağ münaqişəsinin həllindən sonra mümkündür. Sözsüz ki, Kaliforniyadakı erməni icması radikallıq amili, əks-türk meyli ilə seçilir. Buna baxmayaraq, inanıram ki, sonda sağlam düşüncə qalib gələcəkdir. Çünki başqa çıxış yolu yoxdur.

- Kaliforniyada yaşayan azərbaycan mənşəli çoxsaylı amerikalılardan hansı köməyi görmək istərdiniz?

- Əvvəla, deyim ki, Baş konsulluğumuzun qapıları azərbaycanlıların üzünə daim açıqdır. Bizimlə əlaqə saxlasınlar, gəlsinlər, görək biri-birimizə necə kömək edə bilərik. Azərbaycan onlardan ancaq və ancaq ölkəmiz haqqında həqiqətlərin yayılmasında kömək istəyir. Biz bunu hər bir vasitə ilə etməliyik. Diaspor üzvü bunu qonşusuna, dostuna, həmkarına, Konqresdəki təmsilçisinə Vətəni haqqında danışmaqla edə bilər. Bizə texniki və yaxud maddi kömək lazım deyildir. Ən vacibi odur ki, Azərbaycan mənşəli amerikalı öz kökləri ilə fəxr etsin və bu qürur hissini başqalarına çatdırsın. Biz isə bu işdə onlara lazımi köməyi göstərməyə hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir