Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb
Bakı, 17 mart, AZƏRTAC
FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, Konfrans Liqasının 1/8 final mərhələsində Kiprin AEK (Larnaka) və İngiltərənin “Kristal Pelas” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]