ELİZABET CONS: MİNSK QRUPU MÜMKÜN QƏDƏR FƏAL OLMAĞA ÇALIŞACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Cons xarici mətbuat nümayəndələri qarşısında çıxış edərkən bildirmişdir ki, dövlət katibi Kolin Pauell Moskva danışıqlarında Dağlıq Qarabağ mövzusunu da müzakirə etmişdir. “Minsk qrupu həmsədrləri kimi bizim bu sahədə yaxşı əməkdaşlıq əlaqələrimiz var”, - deyən xanım Cons rusiyalı tərəfdaşlarla müzakirələrdə Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə təkan verilməsi üçün həmsədrlərin yeni səyləri barədə söhbət getdiyini bildirmişdir.
E.Cons demişdir ki, hər iki tərəfə bəzi təkliflər verilib, lakin mən bu haqda danışmayacağam, biz bacardığımız qədər fəal olmağa çalışacaq və tərəfləri konstruktiv danışıqlara cəlb etmək yollarını axtaracağıq.
“Hyuman Rights Watch” təşkilatının yaydığı hesabatı şərh edən dövlət katibinin müavini vurğulayıb ki, 19 nəfərin azadlığa buraxılması mühüm addımdır. Digərləri üzrə isə məhkəmə prosesləri gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]