Elizabet Teylorun portreti 26,9 milyon dollara satılmışdır
Bakı, 19 may (AZƏRTAC). Məşhur rəssam Endi Uorxolun “Liz №5» adlı əsəri “Phillips de Pury” hərrac evində 26,9 milyon dollara satılmışdır.
AZƏRTAC Bloomberg saytına istinadla xəbər verir ki, “Liz № 5» “Phillips de Pury” hərrac evində satılan əsərlərin arasında ən qiymətlisi hesab olunmuşdur. Əsərin ilkin qiyməti 20-30 milyon dollar dəyərində olmuşdur.
Elizabet Teylorun portretindən başqa, Endi Uorxolun bir neçə rəsm əsəri də hərracın ən bahalı əsərləri siyahısına daxil edilmişdir. Məsələn, Jan-Mişel Baski ilə birgə çəkdikləri “Üçüncü göz” adlı rəsm əsəri 7 milyon dollara satılaraq, əsərin hərracdakı qiymətini 2 dəfə üstələmişdir. Uorxolun “Mayo 10” adlı əsəri 3,5 milyon dollara, “Güllər” əsəri isə 8,1 milyon dollara satılmışdır.
Ümumiyyətlə, mayın 12-də keçirilən hərracda rəsm əsərlərinin satışından cəmi 98,9 milyon dollar əldə edilmişdir.
Rəssam Endi Uorxol çəkdiyi əsərlərin çoxunu məşhur aktrisa Elizabet Teylora ithaf etmişdir. Çünki, aktrisa onun ilham mənbələrindən biri olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]