“Elm günü”nə həsr olunmuş türkoloji onlayn konfrans
Bakı, 27 mart, AZƏRTAC
Martın 27-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsində “Elm günü”nə həsr olunmuş türkoloji onlayn konfrans keçirilib. Tədbirdə türk dilləri şöbəsi ilə yanaşı, Qazaxıstan Əhməd Yasəvi Universiteti, Türkiyə Qazi Universiteti və Özbəkistan Daşkənd Universitetinin əməkdaşları da iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyə Qazi Universitetinin professoru Leyla Karahan “Türk dillərinin tarixi” mövzusunda məruzə ilə çıxış edib və sualları cavablandırıb.
Azərbaycan türkologiyası tarixində ilk dəfə olaraq onlayn keçirilən konfransın təşkilatçısı Qazaxıstan Əhməd Yasəvi Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin direktoru, doktor Sərdar Dağıstan və Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunubYENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]