ELM VƏ TƏHSİL
“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda beynəlxalq elmi konfransa məqalə qəbul olunur
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə oktyabrın 14-də “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.
Konfransa aşağıdakı elmi istiqamətlər üzrə məruzələr qəbul olunur:
- Texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri;
- Tarixşünaslıq və mənbəşünaslıq;
- Müasir dövrdə elmi diplomatiyanın rolu;
- Elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri;
- Postsovet məkanında beyin axını və mobillik;
- Elm tarixində qadınların rolu;
- Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi;
- Təbiət və dəqiq elmlər tarixi;
- Elmmetrik tədqiqatlar;
- Elmin sosioloji problemləri;
- Yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi;
- Elm və təhsildə innovativ proseslər.
Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində sentyabrın 5-dək [email protected] ünvanına təqdim edilməlidir.