Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.