Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmira Babayeva: Xaricdə təhsil alan gənclər Azərbaycanın qeyri-rəsmi səfirləridir MÜSAHİBƏ

London, 24 iyun, AZƏRTAC

London Universitet Kollecində (UCL) dövlət idarəetməsi və liderlik ixtisası üzrə magistratura təhsili alan azərbaycanlı tələbə Elmira Babayeva hesab edir ki, xaricdə qazanılan bilik və təcrübənin əsas məqsədi Azərbaycanın inkişafına töhfə verməkdir. O, AZƏRTAC-a müsahibəsində təhsil yolu, beynəlxalq fəaliyyətləri, Londonda təşkil etdiyi Novruz tədbiri, İsveçrədə keçirilən Avropa Gənclər Sammiti 2026-da iştirakı və gələcək planlarından danışıb.

-Özünüz haqqında qısa məlumat verməyinizi istərdik.

-Bakalavriat təhsilimi ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə yüksək akademik göstəricilərlə başa vurmuşam. Təhsil müddətində və sonrakı dövrdə müxtəlif dövlət qurumlarında və beynəlxalq layihələrdə fəaliyyət göstərmişəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatik təcrübə keçmiş, hazırda isə Azərbaycanın Britaniyadakı səfirliyində təcrübəçi kimi fəaliyyət göstərirəm.

Bununla yanaşı, COP29 çərçivəsində Prezidentlik Ofisinin Danışıqlar Komandasına dəstək göstərmiş, 17-ci İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Toplantısında Protokol Xidmətinin əsas komandasının üzvü olmuşam. ABŞ Dövlət Departamentinin “Study of the U.S. Institutes for Student Leaders” proqramında iştirak etmiş, müxtəlif beynəlxalq forum və sammitlərdə ölkəmizi təmsil etmişəm. İnanıram ki, əldə etdiyim bilik və təcrübələr gələcəkdə Azərbaycanın dövlət idarəçiliyi və beynəlxalq əməkdaşlıq sahələrinə töhfə verməyim üçün möhkəm zəmin yaradır.

-Bu ixtisası seçməyinizin səbəbi nədir? Gələcəkdə bu sahədə hansı məqsədləriniz var?

-Dövlət idarəçiliyi və liderlik sahəsinə marağım uzun illər ərzində formalaşıb. Həm akademik fəaliyyətim, həm də dövlət qurumlarında qazandığım təcrübə mənə göstərdi ki, müasir dövrdə effektiv idarəetmə, strateji düşüncə və peşəkar liderlik dövlətlərin inkişafında həlledici rol oynayır. Məhz buna görə UCL-də dövlət idarəetməsi və liderlik proqramını seçdim. Bu proqram dövlət siyasətinin hazırlanması və icrası, təşkilati idarəetmə, liderlik, iqtisadi analiz və qərarvermə prosesləri üzrə dərin biliklər təqdim edir. Mənim üçün bu ixtisas yalnız akademik seçim deyil, həm də ölkəmə xidmət etmək istiqamətində strateji bir addımdır. Gələcəkdə məqsədim əldə etdiyim beynəlxalq təcrübə və bilikləri Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, institusional inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində tətbiq etməkdir. Xüsusilə dövlət siyasətinin hazırlanması və icrası, strateji planlaşdırma və liderlik sahələrində fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə vermək istəyirəm.

-“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alırsınız. Bu proqramın gənclər üçün yaratdığı imkanları necə qiymətləndirirsiniz?

-Bu proqramı Azərbaycanın insan kapitalına yönəlmiş ən strateji investisiyalarından biri hesab edirəm. Bu proqram gənclərə dünyanın nüfuzlu universitetlərində təhsil almaq, qabaqcıl bilik və bacarıqlara yiyələnmək, beynəlxalq şəbəkələr qurmaq və qlobal təcrübə qazanmaq imkanı yaradır. Ən vacib məqamlardan biri odur ki, proqram yalnız fərdi inkişafı deyil, eyni zamanda, ölkənin gələcək inkişafını hədəfləyir. Xaricdə təhsil alan gənclər əldə etdikləri bilik və təcrübələri sonradan Azərbaycana gətirərək müxtəlif sahələrin inkişafına töhfə verirlər. Mən də bu proqramın iştirakçısı olaraq onun yaratdığı imkanları şəxsən yaşamışam və hesab edirəm ki, bu təşəbbüs Azərbaycanın gələcək liderlərinin, mütəxəssislərinin və dövlət qulluqçularının yetişdirilməsində mühüm rol oynayır.

-Londonda Novruz bayramına həsr olunmuş tədbir təşkil etmisiniz. Bu tədbiri keçirmək ideyası necə yarandı? Xarici tələbələr Novruz ənənələri, Azərbaycan rəqsləri və mədəniyyəti ilə tanış olduqdan sonra hansı təəssüratlarını bölüşdülər? Onların ən çox maraq göstərdiyi məqamlar nələr idi?

-Xaricdə təhsil aldığım müddətdə Azərbaycanın zəngin mədəni irsini və milli dəyərlərini beynəlxalq auditoriyaya tanıtmağın vacibliyini daha dərindən hiss etdim. Novruz tədbirinin təşkili ideyası da məhz bu düşüncədən yarandı. Tədbir Londonda yerləşən və Kral III Çarlzın himayəsi altında fəaliyyət göstərən “Goodenough” Kollecində təşkil olundu. Qeyd etmək istərdim ki, bu nüfuzlu və beynəlxalq səviyyədə tanınan kollecdə Novruz bayramına həsr olunmuş tədbir ilk dəfə olaraq təşkil edilirdi. Bu fakt tədbirin həm maraq, həm də diqqət baxımından daha geniş rezonans doğurmasına və yüksək səviyyədə qəbul olunmasına səbəb oldu.

Tədbirin məqsədi bayramı qeyd etmək və eyni zamanda, iştirakçılara Novruzun fəlsəfəsini, Azərbaycan xalqının ənənələrini və mədəni irsini təqdim etmək idi. Tədbirdə milli musiqimiz, rəqslərimiz, Novruz adət-ənənələri və milli mətbəximiz nümayiş etdirildi.

Xarici iştirakçılar xüsusilə Novruzun birlik, yenilənmə, həmrəylik və sülh mesajını yüksək qiymətləndirdilər. Onların diqqətini ən çox cəlb edən məqamlar tonqal ənənəsi, Novruzun dörd çərşənbə konsepsiyası, milli rəqslərimiz və Azərbaycan mətbəxinin rəngarəngliyi oldu. Bir çox iştirakçı Azərbaycanın zəngin mədəniyyətini daha yaxından tanımaq istədiklərini və ölkəmizə səfər etməyi planlaşdırdıqlarını bildirdi ki, bu da tədbirin əsas məqsədinə nail olduğunu göstərir.

-Sizcə, belə tədbirlər Azərbaycanın mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Hesab edirəm ki, belə təşəbbüslər Azərbaycanın yumşaq güc potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən təsirli vasitələrdən biridir.

Bu cür tədbirlər vasitəsilə insanlar Azərbaycan haqqında məlumatları yalnız kitablardan və ya xəbərlərdən deyil, birbaşa təcrübə yolu ilə əldə edirlər. Bu isə ölkəmiz haqqında daha obyektiv və müsbət təsəvvür formalaşdırır. Qloballaşan dünyada mədəni diplomatiya dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynayır və mən inanıram ki, xaricdə yaşayan azərbaycanlı gənclər bu istiqamətdə vacib missiya daşıyırlar.

-Bu il İsveçrənin Cenevrə şəhərində keçirilən Avropa Gənclər Sammiti 2026 proqramında iştirak etmisiniz. Bu sammit barədə məlumat verərdiniz? Sammitdə hansı mövzular müzakirə olunurdu və siz hansı sessiyalarda iştirak etdiniz? Azərbaycanı beynəlxalq platformalarda təmsil etmək sizə hansı məsuliyyəti hiss etdirir?

-Avropa Gənclər Sammiti 2026 (European Youth Summit) müxtəlif ölkələrdən gələn gənc liderləri, tələbələri və mütəxəssisləri bir araya gətirən beynəlxalq platformadır. Sammit diplomatiya, liderlik, qlobal əməkdaşlıq, gənclərin qərarvermə proseslərində iştirakı və mədəniyyətlərarası dialoq kimi mövzular ətrafında təşkil olunmuşdu. Mən xüsusilə liderlik, diplomatiya, beynəlxalq əməkdaşlıq və gənclərin ictimai iştirakçılığı ilə bağlı sessiyalarda iştirak etdim. Müxtəlif ölkələrdən olan iştirakçılarla fikir mübadiləsi aparmaq və müxtəlif idarəetmə təcrübələrini öyrənmək mənim üçün olduqca dəyərli təcrübə idi. Azərbaycanı beynəlxalq platformalarda təmsil etmək böyük qürur olmaqla yanaşı, eyni zamanda, ciddi məsuliyyətdir. Belə tədbirlərdə hər bir iştirakçı müəyyən mənada öz ölkəsinin nümayəndəsinə çevrilir. Buna görə də hər zaman ölkəmizin uğurlarını, dəyərlərini və inkişaf perspektivlərini ən layiqli şəkildə təqdim etməyə çalışıram.

-Xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ölkəmizin tanıdılmasında rolu barədə nə düşünürsünüz?

-Məncə, xaricdə təhsil alan azərbaycanlı gənclər ölkəmizin qeyri-rəsmi səfirləri rolunu oynayırlar. Onlar gündəlik fəaliyyətləri, akademik nailiyyətləri və ictimai təşəbbüsləri vasitəsilə Azərbaycan haqqında müsbət təsəvvür formalaşdırırlar. Bu gənclər yalnız öz sahələrində uğur qazanmaqla kifayətlənmirlər, eyni zamanda, ölkəmizin mədəniyyətini, tarixini və müasir inkişafını beynəlxalq auditoriyaya çatdırırlar. Bu baxımdan onların fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə mühüm töhfə verir.

-Təhsil və ictimai fəaliyyət sahəsində bundan sonrakı planlarınız nələrdir?

-Hazırda əsas məqsədim magistratura təhsilimi uğurla başa vurmaq və əldə etdiyim bilikləri praktik fəaliyyətlə daha da zənginləşdirməkdir. Gələcəkdə dövlət idarəçiliyi, diplomatiya və ictimai siyasət sahələrində fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə vermək istəyirəm. Bununla yanaşı, gənclərin inkişafı, beynəlxalq əməkdaşlıq və Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində layihələrdə iştirak etməyi planlaşdırıram. İnanıram ki, hər bir gənc əldə etdiyi bilik və təcrübəni ölkəsinin inkişafı naminə səfərbər etməlidir və mən də fəaliyyətimi bu prinsip üzərində qurmağa çalışıram.

-Xaricdə təhsil almağı arzulayan azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

-İlk növbədə, gənclərə tövsiyə edərdim ki, qarşılarına böyük hədəflər qoymaqdan çəkinməsinlər. Xaricdə təhsil yalnız akademik nailiyyət deyil, həm də şəxsi inkişaf, liderlik bacarıqlarının formalaşması və dünyagörüşünün genişlənməsi üçün mühüm fürsətdir. Bunun üçün güclü akademik baza formalaşdırmaq, xarici dil biliklərini inkişaf etdirmək, ictimai fəaliyyətlərdə iştirak etmək və daim öz üzərində çalışmaq vacibdir.

Eyni zamanda, unutmaq olmaz ki, xaricdə təhsil almağın əsas məqsədi yalnız fərdi uğur əldə etmək deyil, qazanılan bilik və təcrübəni gələcəkdə Azərbaycanın inkişafına yönəltməkdir. Mən inanıram ki, bugünkü gənclərimiz ölkəmizin gələcəyinin qurucularıdır və onların uğurları Azərbaycanın uğurlarına çevriləcəkdir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib