“Embafinans”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Bakı Fond Birjasında (BFB) BOKT “Embafinans” MMC-nin AZ2006020609 ISIN-li, 1 milyon 500 min AZN həcmində, bir il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, rəqabətli hərrac üsulu ilə keçirilən yerləşdirmə zamanı 7 investor tərəfindən yeddi sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və nominal qiymətlə yerləşdirilmiş həcmi 1,5 milyon AZN olub. İstiqrazlarının tədavül müddəti 365 gün, illik faiz dərəcəsi 11 faiz olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq bir təqvim ayından bir ödəniləcək. İstiqrazlar 2021-ci il iyulun 17-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]