Əməkdar artist Şövqi Hüseynov beynəlxalq festivalda mükafata layiq görülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Rusiyanın Novorossiysk şəhərində keçirilən "Teatr limanı" adlı 6-cı beynəlxalq festivalda uğurla təmsil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq festivalda Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” tamaşası ilə çıxış edib.
Şövqi Hüseynov "Teatr sahəsindəki nailiyyətlərinə, ifasındakı ustalığa və Rusiyanın cənubundakı mədəniyyəti zənginləşdirməyə verdiyi töhfələrə görə" festivalın xüsusi mükafatına layiq görülüb.
Alman yazıçısı Patrik Züskindin (Patrick Süskind) əsəri əsasında hazırlanan monotamaşa 1998-ci ildə Xalq artisti mərhum İrina Perlovanın quruluşunda hazırlanıb.
“Kontrabas” indiyədək Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Makedoniya və digər ölkələrdə beynəlxalq teatr festivallarında iştirak edib, mükafatlar qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]