ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Nümayəndə heyətləri Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri, Azərbaycan-NATO əlaqələri, beynəlxalq sülhyaratma missiyalarında fəaliyyət ətrafında fikir mübadiləsi aparmış, 2006-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Sonra “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalanmışdır.
Sazişdə müdafiə və təhlükəsizlik siyasəti, hərbi təhsil, hərbi qanunvericilik, hərbi tarix, hərbi-tibb, informasiya və təcrübə mübadiləsi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Sənədi Azərbaycan tərəfindən general-leytenant Çingiz Məmmədov, Almaniya tərəfindən isə briqada generalı Karl Müllner imzalamışlar.