Emir Kusturitsa Dostoyevskinin iki romanını bir filmdə birləşdirəcək
Bakı, 6 mart, AZƏRTAC
Serb rejissoru Emir Kusturitsa eyni vaxtda Fyodor Dostoyevskinin iki romanını – “İdiot” və “Cinayət və cəza” əsərlərini ekranlaşdıracaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmin çəkilişlərinin Sankt-Peterburq və Serbiyada aparılması planlaşdırılır.
E.Kusturitsanın bildirdiyinə görə, ekran əsəri “Cəzasız cinayət” adlanacaq. Rejissor öz işində Dostoyevskinin hər iki əsərini bir süjetə birləşdirməyə çalışacaq.
2023-cü ilin payızında rejissor rus dilində film çəkmək niyyətini açıqlayıb. “Cinayət və cəza” romanının müasir uyğunlaşması ilk belə ekran əsəri olacaq. Bu romanlardan sonra E.Kusturitsa Yevgeni Vodolazkinin “Şöhrət” (“Lavr”) əsərini ekranlaşdırmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]