ƏMMANDA FƏLƏSTİN MUXTARİYYƏTİ KƏŞFİYYATININ BAŞÇISI DA HƏLAK OLMUŞDUR
Fələstin Muxtariyyətinin İordaniyadakı səfiri Attala Heri bildirmişdir ki, Nafe noyabrın 9-da axşam Əmmanda partladılmış üç mehmanxanadan birinə - “Grand Hyatt” hotelinə düşmüşdü. Onun İordaniyada rəsmi və ya qeyri-rəsmi səfərdə olduğu açıqlanmır.
Terror nəticəsində Fələstin Muxtariyyətinin daha üç nəfər rəsmi şəxsi həlak olmuşdur.
“Grand Hyatt” mehmanxanasında xəsarət alanlar arasında tanınmış Suriya kinorejissoru Mustafa Akkad da var. Onun qohumları bildirmişlər ki, 67 yaşlı rejissor boynundan yaralanmış və xeyli qan itirmişdir, lakin Akkadın həyatı üçün təhlükə yoxdur. Partlayış zamanı Akkadın yanında olan qızı yerindəcə keçinmişdir.
Son məlumata görə, “Grand Hyatt”, “Radisson SAS” və “Days İnn” mehmanxanalarında partlayışlar nəticəsində azı 67 nəfər həlak olmuş, 300-dək adam yaralanmışdır. Həlak olanların əksəriyyəti iordaniyalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]