ƏMMANDA ÜMUMDÜNYA İNFORMASİYA AGENTLİKLƏRİ ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLƏCƏK
Baş katib demişdir ki, 20-dən çox informasiya agentliyinin nümayəndələrinin qatılacağı tədbirdə ümumi problemlər və onların həlli yoları müzakirə olunacaqdır. Şura qarşıya konkret vəzifələr qoymuşdur. Kütləvi informasiya vasitələri arasında informasiya agentliklərinin xüsusi rolu var. Bizim reportajlarımız obyektivliyi ilə seçilməli, subyektiv amillərdən və siyasi konyunkturdan asılı olmamalıdır.
İclasda 2007-ci ildə informasiya agentliklərinin 2-ci Ümumdünya Konqresinin keçirilməsi planı da müzakirə ediləcəkdir. Uffa Riis Sorensen xatırlatmışdır ki, birinci konqres İTAR-TASS agentliyinin təşəbbüsü ilə Moskvada keçirilmişdi.