ENERJİ DƏHLİZİ 2009-CU İLDƏN FƏALİYYƏTƏBAŞLAYACAQDIR
Hazırda üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması layihəsi işlənilir, tərəflərin vəzifələri, avadanlığın istismarı prinsipləri dəqiqləşdirilir.
Rusiya ilə enerji mübadiləsini artırmaq üçün 330 kilovoltluq 2-ci Dərbənd-Yaşma elektrik ötürücü xətti çəkiləcəkdir.
Bu ay cənub regionunda İranla enerji mübadiləsinin həcmini artırmağa imkan verəcək 5 yarımstansiyanın tikintisinə və elektrik ötürücü xəttin çəkilişinə başlanılacaqdır. Layihənin gerçəkləşdirilməsi üçün tələb olunan 75 milyon ABŞ dollarının 85 faizini İranın İxrac Bankı, qalan hissəsini isə “Azərenerji” ayıracaqdır.