Azərbaycan Dövlət İnformasiya Agentliyi

Enerji təhlükəsizliyi Ermənistan üçün daima ciddi problemdir

Enerji təhlükəsizliyi Ermənistan üçün daima ciddi problemdir

Bakı, 14 oktyabr, AZƏRTAC

Təbii ehtiyatlarla zəngin olmayan, məhdud enerji qaynaqlarına malik Ermənistanda daxili enerji mənbələri enerji tələbatının cəmi 30-35 faizini təmin edir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enerji təhlükəsizliyi Ermənistan üçün daima ciddi problemdir” mövzusuna dair şərhini təqdim edir.

Ermənistana enerji mənbələri əsasən Rusiya, İran və Avropa ölkələrindən idxal olunur. Bu zaman isə Ermənistanın enerji sektorunun qarşısında 3 əsas problem meydana çıxır:

• daima yaranan təchizat boşluğunun həlli;

• enerji təchizatı etibarlılığının qorunması;

• tariflərin daima əlçatan olaraq saxlanılması.

Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpaolunan enerji mənbələri, 10 faizi neft və 2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir. Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur və ölkə idxaldan asılıdır (ümumi enerji təchizatının 65-70 faizi). Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur. Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit keçən boru kəməri ilə və elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da Ermənistan üçün əsas təchizatçısı Rusiyadır.

Ermənistanda elektrik enerjisi istehsalı əsasən 3 mənbə hesabına həyata keçirilir:

- stansiyanın il ərzində işləmə müddətinə və nüvə yanacağının idxal səviyyəsinə uyğun olaraq elektrik enerjisi tələbatının 25-50 faizini istehsal edən “Metsamor” atom elektrik stansiyası;

- yağıntıların səviyyəsindən asılı olaraq ölkənin ehtiyaclarının təxminən 20-40 faizini təchiz edən hidroelektrik stansiyaları;

- qalan hissəsi təbii qazla işləyən istilik elektrik stansiyalarıdır.

2019-cu ildə Ermənistanda istehsal olunan elektrik enerjisinin həcmi 7,3 milyard kilovat/saat (kVts) olub. Onun da 27,8 faizi nüvə elektrik stansiyasında, 39,9 faizi istilik elektrik stansiyalarında, 32,2 faizi SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri hesabına və 0,1 faizi isə digər mənbələr hesabına istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 6,2 milyard kVts-ı ölkə daxilində istehlak edilib, 0,2 milyard kVts elektrik enerjisi idxal olunub və 1.3 milyard kVts-ı ixrac edilib.

Əsas sərhədyanı qonşu ölkələrlə (Azərbaycan və Türkiyə) siyasi münasibətlərin gərgin olması nəticəsində enerji şəbəkələrinin sinxronlaşdırılmaması, Azərbaycan və Türkiyə bazarlarının Ermənistan üçün bağlı olması ölkənin elektrik enerjisi ixracına ciddi mənfi təsir göstərir.

Ölkənin əsas elektrik istehsalı müəssisəsi olan “Metsamor” stansiyası təkcə Ermənistan üçün deyil bütün region üçün təhlükəli hesab olunur və istismardan çıxarması ilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlər mövcuddur. Bununla belə, Ermənistan hökuməti bu stansiyanın bağlamaq istəmir və stansiyanın istismar müddətinin 2028-ci ilə qədər uzadılması məqsədilə tələb olunan təxminən 300 milyon ABŞ dolları vəsaiti Rusiya krediti hesabına maliyyələşdiriləcək. Lakin ölkədə elektrik enerjisinə olan tələbatın illik 2-3 faiz artacağını nəzərə alaraq, “Metsamor” stansiyasının əvəzlənməsi ilə bağlı təzyiqlərin artması enerji sabitliyi baxımından ölkənin qarşısında duran ciddi bir problem olaraq qalır. Ermənistan isə öz növbəsində, Rusiyadan daha çox qaz idxal etməməklə region üçün ekoloji təhdid hesab olunan “Metsamor” stansiyasının fəaliyyətini davam etdirməsinə üstünlük verir.

Təbii qaz ölkənin enerji sektorunda yüksək paya malikdir. Ölkənin daxili bazarında təbii qazın nəqli, saxlanması, paylanması və satışı ilə bağlı bütün xidmətlər Rusiyanın “Gazprom” şirkətinin 100 faiz törəmə müəssisə olan “Gazprom Armenia” tərəfindən göstərilir. 2014-cü ilin yanvarından etibarən bu şirkət Ermənistan hökumətinin nəzarətində olan son 20 faizlik payı satın alaraq ölkədə vahid qaz təchizatçısına çevrilib. Ermənistanın elektrik enerjisinə olan tələbatının 2019-cu il üzrə təxminən 40 faizini təmin edən istilik elektrik stansiyaları təbii qazla işləyir və bu da Ermənistanı idxal olunan Rus qazından asılı vəziyyətə gətirir.

Ermənistana qaz təchizatı əsasən 2 boru kəməri vasitəsilə həyata keçirilir: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri. İran-Ermənistan qaz kəməri Ermənistanın qaza olan tələbatını (illik 2,3-2,5 milyard kubmetr) təxminən 2 qatı həcmində ölkəni qaz ilə təmin etmək gücünə malikdir. İstifadəyə verildiyi ilk illərdə İran təbii qazı ilə Ermənistan elektrik enerjisi barter olunurdu. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.

Ermənistan üçün Rusiya qazı tarixən güzəştli şərtlərlə satılıb və 2014-2019-cu illər ərzində qazın 1000 kubmetrinin orta qiyməti 165 dollar səviyyəsində olub. Bu isə Rusiyanın Avropaya satdığı qazdan təxminən 50 faiz daha ucuz qiymətdir. Yaranan fərq isə Rusiya hökuməti tərəfindən subsidiyalaşdırılıb. Eyni zamanda, Rusiya-Gürcüstan-Ermənistan boru kəməri ilə Ermənistana idxal olunan qaza görə Ermənistan Gürcüstana Ermənistana çatmalı olan qazın təxminən 10 faizi həcmində tranzit haqqı ödəyir ki, bu da Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı qazın həcmini artırmaqla qaz satışı ilə əlaqədar itkilərini daha da çoxaltmış olur.

2020-ci ildən etibarən koronavirus pandemiyasının genişlənməsi nəticəsində qlobal iqtisadiyyatda tələbin kəskin azalması təbii qaz tariflərinə də təsirsiz ötüşməyib. Belə ki, ilin 1-cü rübündən etibarən qaz tarifləri kəskin ucuzlaşıb və Rusiyanın Avropaya satdığı təbii qazın qiyməti hər 1000 kubmetr üçün 65-87 dollar səviyyəsində dəyişib ki, bu da Ermənistana satılan qazın dəyərindən 2-2,5 dəfə aşağı qiymət olub. Belə olan halda Ermənistan daha ucuz qaz əldə etmək üçün İranla danışıqlara başlanılması və ya Rusiya ilə tariflərin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb. Bu isə Ermənistanın enerji təchizatında və təhlükəsizliyində daima xüsusi rol oynayan Rusiyaya Ermənistan tərəfindən vurulan zərbə olardı.

Ümumilikdə Ermənistanda kommunal sektorun inhisarlaşması, xarici bazarlara çıxış imkanlarının məhdud olması ölkədə kommunal xidmətlərin tariflərinin yüksək olması ilə nəticələnib. Qeyd olunan amil isə özünü istehlak səbətində əks etdirib və kommunal xidmətlərin istehlak səbətində payı son illər ortalama olaraq 17-20 faizlik səviyyədə olub.

Təhlil göstərir ki, hər bir ölkə üçün iqtisadi təhlükəsizliyin əsas komponenti olan enerji təhlükəsizliyi Ermənistanda təmin edilməyib.

Ermənistanın enerji təhlükəsizliyi bütün region üçün ekoloji təhdid sayılan “Metsamor” stansiyası üzərində qurulub. “Metsamor” stansiyasının əvəzlənməsi nəticəsində yaranacaq enerji defisitinin qısa müddətdə təmin olunması yalnız istilik elektrik stansiyalarının hesabına mümkündür. Ermənistan isə stansiyanın istismar müddətini uzatmaqla Rusiyadan daha çox qaz almaq və qazdan asılılığını daha da artırmaq istəmir.

Ölkənin tez-tez dəyişən xarici siyasət kursu beynəlxalq səviyyədə Ermənistana dair etibarsız tərəfdaş imici formalaşıb və bu da enerji təhlükəsizliyi məsələsini daim sual altında saxlayır. Ermənistanın sərgilədiyi sürüşkən siyası mövqe və təcavüz siyasəti ölkəni mühüm regional və qlobal enerji layihələrindən kənarda qoyub və Ermənistan coğrafi baxımdan əlverişli tranzit imkanlarından məhrum olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib