ENERJİ VƏ QAZ PULUNUN YIĞILMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR SƏMƏRƏ VERİR
İdarə, müəssisə rəhbərlərinin, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, sahibkarların iştirak etdiyi yığıncaqda rayon paylayıcı elektrik şəbəkəsinin müdiri Kamal Hacıyevin, qaz istismarı idarəsinin baş mühəndisi Şahin Aslanovun məlumatları dinlənilmişdir.
Qeyd olunmuşdur ki, keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi və təbii qazla təminatı sahəsində irəliləyiş baş vermişdir. Enerji və qaz haqlarının yığılmasında da artım vardır. Belə ki, 2005-ci ildə enerji haqqının ödənilməsi 9-14 faiz olduğu halda, bu ilin altı ayında 32,1 faiz təşkil etmişdir. İlin əvvəlindən bəri təbii qazın haqqının 58 faizi ödənilmişdir. Bu, ötən ildəkindən 10 faiz çoxdur.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev çıxış edərək, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb
- 15.10.2026 [11:44]
AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb
- 15.10.2026 [10:56]