Əqli mülkiyyətlə bağlı KOB-lara dəstək müzakirə edilib
Bakı, 24 iyun, AZƏRTAC
Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş direktorunun müavini Hasan Kleyb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı KOB-lara dəstək və bu istiqamətdə WIPO ilə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, WIPO BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. Sıralarında 193 ölkəni birləşdirən bu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, ədəbi-bədii əsərlərin və sənaye mülkiyyəti obyektlərinin bütün növlərinin qorunması sahəsində üzv dövlətlərin səylərini birləşdirir və əqli mülkiyyətin inkişafına dəstək verir. Azərbaycan 1995-ci ildən WIPO-nun üzvüdür.