“Ər-Riyad” qəzetində Azərbaycanda gedən inkişaf prosesləri haqqında məqalə dərc olunub
Ər-Riyad, 28 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan…İnkişaf davam edir” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsindən bəhs olunur, əhalisinin artım tempinə görə ölkəmizin təkcə MDB məkanında deyil, eyni zamanda, Avropada qabaqcıl yerlərdən birini tutduğu vurğulanır.
Əhalinin artım tempinin sosial-iqtisadi inkişafın əldə edilməsi istiqamətində Azərbaycanın yürütdüyü siyasətin nəticəsi olduğu vurğulanır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci yerdə qərarlaşdığı qeyd edilir. Son 15 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox böyüdüyü və son 9 ildə isə ölkə əhalisinin sayının bir milyon nəfər artdığı oxucuların diqqətinə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]