Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİNƏ ERMƏNİ YANAŞMASI

        Berlin, 10 oktyabr (AZƏRTAC). Rusiyanın REGNUM informasiya agentliyinin xəbərlər lentində kiçik bir məlumat yerləşdirilmişdir. Türkdilli ölkələrin dövlət başçılarının bu günlərdə Azərbaycanın Naxçıvan şəhərində başa çatmış növbəti sammitinə həsr edilmiş həmin materialın tonu maksimum qıcıqlandırıcı təsir bağışlayır. Adını göstərməyən müəllifə “toxunmuş” fakt ondan ibarətdir ki, əhalisinin xeyli hissəsi türk olan Rusiya Naxçıvan sammitinə dəvət edilməmişdir. Qəribədir, Rusiyanın "unudulması" ilə əlaqədar “inciklik” nədənsə yalnız indi, sayca doqquzuncu (!) sammitdə üzə çıxmışdır. Görünür, müəllif bu kin-küdurətini illər boyu qəlbində gizlətmiş və nəhayət, indi, yüksək səviyyəli görüşün məhz Azərbaycanda keçirildiyi vaxtda ürəyini boşaltmaq üçün saxlamışdır.
        "Dəymədüşər" müəllifi hətta o fakt da karıxdırmamışdır ki, zirvə toplantısı ümumiyyətlə “türkdilli” adlanır, yəni həmin tədbirdə iştirak edən ölkələrin dövlət dilinin türk dilləri qrupuna mənsub olması nəzərdə tutulur. Müəllif əhalisinin bir neçə milyon nəfəri özbək olan Əfqanıstanın, 10 milyon uyğurun yaşadığı Çinin, sakinlərinin 20 milyondan çoxu azərbaycanlı və 1,5 milyonu türkmən olan İranın, demək olar ki, 1,5 milyon türkmənin (ümumiyyətlə desək, azərbaycanlının) yaşadığı İraqın və nəhayət Almaniyanın həmin sammitdə nə üçün təmsil olunmamasının səbəblərini soruşmur.
Əvəzində o, etinasız tərzdə “kütləvi tədbir” ("massovka") adlandırdığı yüksək səviyyəli görüşün əhəmiyyətini azaltmağa çalışmışdır (sual olunur: əgər altı türkdilli dövlətin zirvə toplantısı “kütləvi tədbir”dirsə, onda G8 və G20 nədir?). Onun məntiqinə görə belə çıxır ki, Azərbaycan “Naxçıvan üzərində öz suverenliyini təsdiq etmək” məqsədi güdürmüş, guya Bakının qarşısında belə bir məsələ dayanır və ümumiyyətlə buna lüzum var, guya Türkiyə Prezidenti həmin görüşə “birtərəfli” Ermənistan-Türkiyə barışığı ilə əlaqədar Bakının narahatlığına son qoymaq üçün gəlibmiş. Guya Türkiyə liderlərinin Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmayınca Ermənistan-Türkiyə sərhədinin açılmayacağı barədə dəfələrlə və birmənalı şəkildə bəyanatlarından sonra da Bakıda əvvəlki kimi nədənsə narahatdırlar. Sən demə, Qazaxıstan bu sammitdə ona görə iştirak etmişdir ki, enerji resurslarının Xəzər dənizi vasitəsilə Azərbaycana nəql ediləcəyi barədə vədlərin “mütləq puç olacağına” görə əvvəlcədən Bakının könlünü alsın (yəni, əgər “iflasa məhkum” bu razılaşmalar olmasaydı, Qazaxıstan Prezidentinin Naxçıvana gəlməsi üçün başqa səbəb tapılmazmış). Türkmənistanın həmin sammitdə “maksimum aşağı səviyyədə” iştirak etməsi, buna sevinən müəllifin fikrincə, Azərbaycan-Türkmənistan münasibətlərində yaranmış soyuqluğun təzahürüdür. Hərçənd tamamilə aşkardır ki, Türkmənistanda rəhbərlik dəyişəndən sonra ikitərəfli münasibətlərdə ciddi canlanma nəzərə çarpır.
Heç bir dəlil-sübut göstərmədən Azərbaycan KİV-lərini tatarların və başqırdların separatizmi mövzusunda söz-söhbətlərə meyil etməkdə qınayan müəllif, öz materialını hansı agentliyin saytında dərc etdiyini unudur. Unudur ki, “Dağlıq Qarabağ Respublikası” adı adətən məhz REGNUM agentliyinin saytında həmişə dırnaqsız yazılır və həmin addan əvvəl “qondarma” sözü verilmir (halbuki, ən azı ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin etikası xatirinə, bunu etmək lazımdır). Azərbaycanın Krımda və Qaqauziyada “etnik fəallıqda” ittiham edilməsinə isə cəfəngiyyatdan başqa ad vermək çətindir! Nəhayət, anlamaq lazımdır ki, rəsmi Bakı başqa dövlətlərin işinə qarışmır! Bu, GUAM üzrə dostların arasına nifaq salmaq üçün göstərilən uğursuz cəhddir.
Lakin bu, müəllifi qıcıqlandıran əsas amil deyildir. Əsas amil həmin yazının sərlövhəsindəəksini tapmış -“Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ermənistanın ərazi bütövlüyünə şübhə ilə yanaşır” - və sonuncu abzasda şərh edilmişdir. Fikir verin, müəllifi hiddətləndirən fakt odur ki, sammitdə iştirak edən dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı sözlərinə heç bir münasibət bildirməmişlər: “... coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir”. Müəllif hiddətlənir: “Bu o deməkdir ki, onlar indi (yəni, həmişəlik yox, ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində yox), Ermənistanın tərkibində olan Zəngəzur regionunun qədim Azərbaycan diyarı olması fikri ilə razılaşmışlar. Beləliklə, onlar Ermənistanın ərazi bütövlüyünü şübhə altına almışlar”.
Əgər Azərbaycan Prezidentinin bəyanatının tarixi hissəsi kimlərinsə nəzərində həmin bəyanatın siyasi hissəsindən daha əhəmiyyətlidirsə və onlar bizi həvəskar-tarixi mövzularda debatlara cəlb etmək istəyirlərsə, onları dərhal məyus etməli olacağıq - biz bu və ya digər ərazinin “qədim erməni ərazisi” və ya “qədim Azərbaycan ərazisi” olması mövzusunda mənasız mübahisələrdə iştirak etmək fikrində deyilik. Bunun iki səbəbi var. Birincisi, bu və ya digər ərazi yalnız başqa planetlərlə, ulduzlarla və digər asteroidlərlə müqayisədə qədim və ya gənc hesab edilə bilər. Yer kürəsinin başqa hissələri ilə müqayisədə insanların məskunlaşdığı və məskunlaşmadığı bütün ərazilərin yaşı tamamilə eynidir - Papua və ya Çukotka nə dərəcədə “qədimdirsə”, Qarabağ, Zəngəzur və Naxçıvan da eynilə həmin dərəcədə “qədimdir”. Buna görə də Yer kürəsinin və onun ayrı-ayrı guşələrinin qədimliyi məsələsini astronomlara həvalə edək. İkincisi, kiminsə xoşuna gəlsə də, gəlməsə də bütün millətlər və irqlər BƏŞƏRİYYƏTİN tərkib hissələridir. Bəşəriyyətin homo sapiens deyilən vahid əcdadı isə ilk dəfə Şərqi Afrikada yaranmış və o vaxtdan daimi miqrasiya vəziyyətində olan varlıqdır. “Şüurlu insan” Qafqaza gələn anda o nə erməni olub, nə azərbaycanlı. O, ağlını sonralar - “yenidənqurma” dövrünün axırlarında sovetlər ölkəsinin daxilindəki şərti sərhədlər kimlərinsə xoşuna gəlməyəndə itirmişdir. Qarabağın, Zəngəzurun, Naxçıvanın mənşəyi etnoqrafik amillərlə deyil, geoloji amillərlə bağlıdır, cənablar! Bu gün Cənubi Qafqazın mövcud olması faktı da həmin iki xalqın xidməti deyil. Ermənilər və azərbaycanlılar olmasaydı da Qafqaz dağları indiki yerində qalacaqdı, çaylar öz məcrası ilə axacaqdı. Buna görə də “ermənilərin Ararat dağı” və ya “tatarların İtil çayı” (“rusların Volqa çay”) kimi "əttökən" ifadələrin mənası yoxdur. Bu, bir dəstə adamın tikə biləcəyi kiçik bir kənd klubu, yaxud bir nəfərin oturub yaza biləcəyi simfoniya deyil…
Kimin həvəsi varsa bəzi xalqların “avtoxton”, digər xalqların “gəlmə” olması, yaxud bu və ya digər ərazilərin etnik mənşəyi barədə qeyri-elmi mübahisələrdə iştirak etsin. Biz isə belə mübahisələrdə iştirak etməyəcəyik və çox güman ki, diqqəti başqa məsələyə cəlb edəcəyik. Məsələn, həmin yazının müəllifi hiddətlənir ki, Azərbaycan dövlətinin başçısının türk dünyasını coğrafi cəhətdən bölmüş Zəngəzur haqqında dediklərindən sonra sammitdə iştirak edən prezidentlər susmuşlar. Müəllifin fikrincə, bu o deməkdir ki, onlar deyilənlərlə razılaşmış və Ermənistanın ərazi bütövlüyünə şübhə ilə yanaşmışlar. Əcəba, Ermənistan rəsmiləri, o cümlədən prezident Sarkisyan (eləcə də onun sələfləri) Dağlıq Qarabağın “qədim erməni torpağı” olması haqqında, onun heç bir halda Azərbaycanın tərkibinə qaytarılmalı olmaması haqqında gurultulu bəyanatlar verəndə müxtəlif ölkələrin dövlət başçıları, parlament nümayəndələri, nazirlər və siyasətçilər ayağa qalxaraq heyrətləndiklərini bildirirlərmi? Həmin ermənilərin BMT Baş Məclisinin və ya başqa beynəlxalq forumların tribunasından çıxışlarını həmişə yarımçıq kəsib Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmələrini tələb edənlər olurmu? Bəs millətlərin (məsələn, "zəngəzur millətinin") bədnam təyini-müqəddərat hüququnu beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi ilə bərabər tutmaq cəhdlərinə nə ad verək? Bəlkə ərazi bütövlüyü prinsipi seçmə şəkildə, yalnız Ermənistana münasibətdə "işləməlidir", ayrılmaq da daxil olmaqla, təyini-müqəddərat hüququndan isə Zəngəzur, Şərqi Göyçə, Amasiya, Zəngibasar azərbaycanlıları deyil, yalnız Qarabağ erməniləri istifadə edə bilər?
Artıq yetər, cənablar, oyun qaydaları barədə bir qərara gəlin, sonra da həmin qaydalar üzrə oynayaq!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi