ƏRAZİLƏR MİNALARDAN TƏMİZLƏNƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağstafanın Saloğlu kəndində zərərsizləşdirilməmiş minaların partlaması nəticəsində baş verən faciədən sonra Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) NATO-nun maliyyə dəstəyi ilə geniş layihə həyata keçirməyə başlamışdır. Layihəyə əsasən, Xanlar rayonundakı regional mərkəzdə ilyarımlıq kurslar təşkil edilmişdir. Bu günlərdə kurslarda təlim keçən 60 nəfərə sertifikatlar verilmişdir. Milli agentliyin direktoru Nazim İsmayılov bu münasibətlə keçirilən tədbirdə bildirmişdir ki, müdavimlər fevralın 14-dən etibarən Ağstafanın 600 hektar ərazisini partlamamış minalardan təmizləməyə başlayacaqlar. Bunun üçün onlar ən müasir cihaz və avadanlıqla təmin olunmuşlar.