Ərəb Dövlətləri Liqasının Baş katibi: Bakı böyük müasir şəhərə çevrilib
Bakı, 16 iyun, AZƏRTAC
Ukraynadakı müharibə bütün dünyaya təsir edir. Bu müharibədən ərəb ölkələri də əziyyət çəkirlər. Dünyanın üzləşdiyi qlobal çağırışların həlli çətinləşir. Biz dünyada sülhü təmin etməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Bakı haqqında təəssüratlarını da bölüşən Baş katib deyib: “Mən Qlobal Bakı Forumunda ilk dəfədir iştirak edirəm. Misirin xarici işlər naziri kimi Bakıya üç dəfə səfər etmişəm. Prezident İlham Əliyev, bu şəhərdə baş verən inkişaf məni çox təəccübləndirdi. Bakı böyük müasir şəhərə çevrilib. Bu nailiyyətinizə görə Sizi təbrik edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]