ƏRƏB ÖLKƏLƏRİ QUŞ QRİPİNDƏN MÜDAFİƏ ÜÇÜN TƏDBİRLƏR GÖRÜRLƏR
Misir xaricdən toyuq məhsulları, habelə diri quşlar, o cümlədən dekorativ cinsli quşlar gətirilməsinə qadağa qoymuşdur. Ölkədə vəhşi quşların ovlanması qadağan edilmişdir. Bu xəstəliyə qarşı 400 min vaksin dozası alınmışdır. Mülki təyyarələrin xarici ölkələrə reyslər keçirən bütün heyətlərinin üzvlərinə peyvənd edilmiş, hava və su limanlarında baytarlıq nəzarəti gücləndirilmişdir. Qahirədə tibb işçilərindən ibarət xüsisi briqadalar ölkəyə gələn sərnişinləri yoxlayırlar. Misirdə quş qripi ilə yoluxma halları hələlik qeydə alınmayıbdır.
Mərakeş, İordaniya, Suriya, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Oman Sultanlığında da quş qripinə qarşı tədbirlər görülür.
BƏƏ, Küveyt və Oman Türkiyə, Rusiya, Monqolustan və Qazaxıstandan, quş qripinin meydana gəlməsi təhlükəsi olan və ya xəstələnmə halları qeydə alınan digər ölkələrdən quşlar və toyuq məhsulları gətirilməsini qadağan etmişdir.
Bu ölkələrin baytarlıq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]